17 may Beynelxalq Uşaq Qaynar Xəttlər Günü

16 may 2015-ci il tarixində Park Bulvar AVM-in dəstəyilə 17 May Beynəlxalq Uşaq Qaynar Xəttlər Günü ilə əlaqədar Ümidli Gələcək Gənclər Təşkilatının xidmət mərkəzi olan "Azərbaycan Uşaq Qaynar Xətt" xidməti tərəfindən Park Bulvar Əyləncə və Ticarət mərkəzində "Mən kiməm" adlı tədbir həyata keçirilmişdir. Tədbir zamanı uşaq və yeniyetmələr, valideynlər xidmət haqqında maarifləndirilmiş, buklet, stikker və breloklar paylanılmış, art-terapiya, plastilinlə iş və face art keçirilmişdir. Uşaq və yeniyetmələr art -terapiyada olduqca fəal iştirak etmişdirlər. "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin psixoloqları art terapiya və plastilinlə işə əsasən ilkin psixoloji rəy verərək uşaq və yeniyetmələri, həmçinin onların valideynlərini lazımi məsləhətlər və tapşırıqlar verərək məlumatlandıırmışdırlar. Psixoloqlarımızın interpretasiyaları uşaq və valideynlər tərəfindən maraqla qarşılanmışdır. 
Həmçinin həyata keçirilən face art ( üz boyama) uşaqların xüsusi sevinc və marağına səbəb olmuşdur.

https://www.facebook.com/AzerbaijanChildHelpline/photos/?tab=album&album_id=862296030492677

 

      

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!