"Sosial şəbəkələrdən necə düzgün istifadə edək” mövzusunda təlim

06.03.2017-ci il tarixində “Sosial şəbəkələrdən necə düzgün istifadə edək” mövzusunda "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin Azercell Telecom şirkətinin maliyyə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə Gəncə Regional Uşaq Qaynar Xətt Xidməti tərəfindən Şəmkir rayon Könüllü kənd orta məktəbində yeniyetmələrlə qrup işi keçirilmişdir. İlk öncə Uşaq Qaynar Xətt Xidməti haqqında şagirdlərə ətraflı məlumat verilmiş və uşaqlarla qrup işi təşkil edilmişdir.

Yuxarıda qeyd olunan mövzular müxtəlif oyunlar vasitəsi ilə yeniyetmələrə çatdırılmışdır. İştirakçılar təlim zamanı çox aktiv iştirak etmiş, bir çox suallar vermiş və bu cür məşğələlərin daha çox olmasını xahiş etmişdilər.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!