Previous Next

IV kurs tələbələri sertifikatla mükafatlandırıldı

06.06.2018-ci il tarixində Ümidli Gələcək Gənclər İctimai Birliyinin Təhsil Nazirliyi ilə birgə əməkdaşlıqda Azərbaycan Dövlət Pedaqoji Universitetinin “sosial iş” ixtisası üzrə IV kursda təhsil alan tələbələrinin istehsalat təcrübələri təşkilatın mərkəzlərində artıq sonlanmışdır. Tələbələr təlimlərdə yeni praktik bilik və bacarıqlara yiyələnməklə yanaşı, sosial işçi qismində müəyyən mövzularda verilmiş tapşırıqları mütəmadi şəkildə yerinə yetirməklə öz bilik və təcrübələrini inkişaf etdirmişlər. İstehsalat təcrübəsi zamanı hər tələbə tərəfindən hazırlanmış təqdimatlar dəyirmi masa ətrafında onlar tərəfindən nümayiş etdirilmiş və mərkəzin əməkdaşları ilə birliktə müzakirə edilərək diqqətə alınmalı məqamlar qeyd edilmişdir. Sonda hər tələbə sertifikatla təltif edilmişdir.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!