Previous Next

Ümidli Gələcək GİB sərgidə iştirak edib

13 noyabr 2018 ci il tarixində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Baku Crystal Hall”un Media Mərkəzində 100-dən çox gənclər təşkilatının təmsil olunduğu V Respublika sərgisi keçirilmişdir.
Açılışda Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Gənclər və İdman naziri Azad Rəhimov, eləcə də gənclər təşkilatlarının nümayəndələri sərgidə iştirak ediblər.Ümidli Gəlcək Gənclər İctimai Birliyi sərgidə iştirak edərək, birliyin əməkdaşları19 illik fəaliyyət barədə stende yaxınlaşan insanlara ətraflı məlumat vermişdilər. Eyni zamanda sərgi iştirakçılarına üzərində ictimai birliyin xidmət mərkəzi olan Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin nömrələrinin əks etdirildiyi kiçik hədiyyələr təqdim edilmişdir.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!