Previous Next

“Yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin və reproduktiv sağlamlığın təbliğatı”

“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi uşaq və gənclərin problemlərinin həllində mütəmadi fəaliyyətin davamlılığının təmin edilməsi məqsədi ilə iki rayonda “Yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin və reproduktiv sağlamlığın təbliğatı” layihəsini həyata keçirib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, layihə çərçivəsində Masallı və Şəki rayonları üzrə  8 tam orta məktəb (xüsusilə ucqar kəndlərdə yaşayan) şagirdlərinin (13-16 yaş arası) iştirakı ilə maarifləndirmə kampaniyaları və müəllimlər üçün təlim kursları təşkil edilib. 
 
Layihədə 800-dən çox uşaq və gənc iştirak edib. Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində gənclərin fiziki və mənəvi sağlamlıq ruhunda inkişafına dəstək göstərilib, reproduktiv və cinsi sağlamlıqla bağlı maarifləndirilmə aparılıb, valideynlərin uşaq və gənclərin sağlamlığına daha diqqət və qayğı ilə yanaşmaları istiqamətində ətraflı məlumatlar verilib. 
 
 
http://www.qhtxeber.az/news.php?id=14865&lang=az&fbclid=IwAR1iVOXmQkZJADNzluIlcOnbjoVgJ1DnCExF3MCuCmKqYMR7DqnwU1yiPyM
 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!