Previous Next

Azercell Telekom MMC-nin əməkdaşları tərəfdaşı olduqları Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin ofisinə növbəti səfəri

09.10.2019-cu il tarixində Azercell Telekom MMC-nin əməkdaşları tərəfdaşı olduqları və "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin xidmət mərkəzlərindən biri olan "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin əməkdaşları ilə görüşdə iştirak etdilər. 

Görüşün keçirilməsində əsas məqsəd 2019-2020-ci tədris illəri ərzində orta məktəblərdə keçiriləcək maarifləndirmə tədbirlərinin təşkili detllarını müzakirəsi idi.

Eyni zamanda, qeyd edim ki, artıq 2019-cu ildən etibarən Qaynar Xətt 9 illik fəaliyyətinin ardından Azercell Telekom şirkətinin dəstəyi ilə Beynəlxalq Uşaq Qaynar Xəttlər Şəbəkəsinin əlaqə nömrəsi olan 116111 qısa nömrəsinə keçid almışdır. Uşaq Qaynar Xətt xidmətinin yeni nömrəsinin istifadəyə verilməsi daha geniş kütlənin cəlb edilmıəsi və əhalinin məlumatlılığının artırılması məqsədilə nömrənin iri miqyaslı tanıtımı ilə bağlı məsələlərin gücləndirilməsini də tələb edir. Həmçinin Keçirilmiş görüşdə qısa nömrənin tanıtımı  bağlı atılacaq addımlar da qarşılıqlı müzakirə edilərək fəaliyyətin gedişatı ilə bağlı qərarlar qəbul edilmişdir.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!