Previous Next

28 dekabr 2019-cu il tarixində Azərbaycan Uşaq Qaynar Xətt xidməti Yeni il bayramı münasibətilə Pasha Construction şirkətinin dəstəyi ilə 28 Mall AVM-də maarifləndirici sərgi və tədbir təşkil etdi.

2010-cu ildən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azercell Telekom MMC-nin əməkdaşlığı nəticəsində Ümidli Gələcək Sosial Təşəbbüslər İB tərəfindən yaradılmış Azərbaycan Uşaq Qaynar Xətt xidməti artıq 9 ildir ki, uşaqlara psixoloji-sosial və hüquqi yardım göstərir, habelə onları müvafiq problem üzrə müxtəlif xidmətlərə yönəldir. Fəaliyyət göstərdiyi dövr ərzində uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 39.000–dən çox müraciət daxil olmuşdur.

Yuxarıda qeyd edilən tədbirdə uşaq və yeniyetmələrin ilkin psixoloji qiymətləndirilməsi üçün uşaqlarla bir sıra maraqlı psixoloji testlər, metodikalar, art terapiya və faceart həyata keçirildi. Bununla yanaşı valideynlərlə sosial işçi və psixoloq əməkdaşlar tərəfindən maarifləndirici söhbətlər aparılaraq onlara uşaqların sosial-psixoloji durumlarının yaxşılaşdırılması istiqamətində məsləhətlər verilmiş, daha sonra təşkilatın xidmət mərkəzləri və Azərbaycanda uşaq problemləri sahəsində çalışan dövlət strukturları haqqında məlumatlar, maarifləndirici materiallar və təşkilatın çap məhsulları təqdim edildi. Sərgi və tədbir uşaq, valideynlər və ailələr tərəfindən böyük maraq və həvəslə qarşılanmışdır. Göstərdiyi dəstəyə görə təşkilatımız adından Pasha Construction şirkətinə, 28 Mall AVM rəhbərliyinə və eləcədə bütün əməkdaşlarına dərin təşəkkürümüzü bildirirk!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!