Previous Next

İmtahanqabağı stress və onun aradan qaldırılması yolları

 

 

İmtahan stressi həm psixoloji, həm də fizioloji olaraq mənfi nəticələrə gətirib çıxarır. Bu hər bir şəxsdə fərqli olur. Ümumi halda isə aşağıdakı kimidir. Psixoloji olaraq unutqanlıq, diqqət dağınıqlığı, oxuduğunu anlaya bilməmək, daim əsəbi və gərgin olma, özünə qapanma kimi hallarla müşayiət olunur. Qayğılı düşüncələr nəticəsində abituriyentdə özünüqiymətləndirmə aşağı düşür və özünə olan güvəni azalır.

Bəzən uşaqlar imtahana hazırlaşdıqları ərəfədə əyləncədən və idmandan uzaq dururlar, bunları vaxt itkisi hesab edirlər. Əslində isə şagirdlər arabir öz əyləncələrinə vaxt ayırmalıdırlar. Bu, beynin dincəlməsinə kömək edir. Nəticədə yeni biliklərin öyrənilməsi asanlaşır. Əgər siz əyləncə və dərs oxumaq vaxtını düzgün ayıra bilmirsinizsə, günlük qrafikinizi qurun.

·        Gündəlik iş proqramı hazırlayın. Bu zamandan səmərəli istifadəni təmin edir.

·        Hazırlıqlar arasında qısa müddətli fasilələr verin.

·        İmtahanqabağı yuxu çox önəmlidir. Gündə ən azı 7-8 saat yatmağa çalışın.

·        Yediklərinizə diqqət edin. Şirniyyat,xəmir yeməkləri yerinə daha yüngül və sağlam qidalar qəbul etməyə çalışın.

·        Pozitiv düşünün. Müsbət düşüncələr stresi azaldır.

·        Özünüzü heç kimlə müqayisə etməyin.Özünüz üçün "mən bunu edə bilərəm, bacararam" kimi motivasiyaedici cümlələr qurun. Ən ən əsası isə özünüzə güvənin.

 

Bunlar sizə günü düzgün qiymətləndirməyə kömək edəcək. Bu zaman dərs çalışmaq üçün uğurlu vaxtı təyin etmək lazımdır. Öyrənərkən beş duyğu üzvünüzdən istifadə daha asan öyrənmənizlə nəticələnəcəkdir.

 

Valideynlərə veriləcək məsləhətlər:

 

·        İmtahandan dərhal sonra abituriyentin yığdığı balı hesablamaq, onu az nəticəsinə görə məzəmmət etmək yerinə ona dəstək vermək, dincəlməsinə kömək etmək lazımdır.

·        Gələcəklə bağlı bədbin düşünmək insanın xarakterinin daha da sərtlşməsinə səbəb olur.

·        Başqalarının yanında onu nə çox tərifləyin, nə də tənqid edin. Nəticədən asılı olmayaraq valideyn olduğunuzu unutmayın. Sizin vəzifəniz ona yol göstərmək, sakit və ağıllı davranmaqdır.

İmtahanın dünyanın sonu olmadığını unutmayın! Həyat boyu giriləcək bir çox imtahan var və heç bir imtahan dünyanın sonu deyil.

 

 "Ümidli Gələcək" STİB-nin Psixoloqu Aynur Məmmədova

  Məlumatları paylaşan zaman mənbə bildirməyiniz xahiş olunur.

 

 

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!