Previous Next

“COVİD-19 pandemiyası dövründə uşaqların qorunması” mövzusunda vebinar təşkil edilib

4 iyun 2020-ci il tarixində Child Helpline İnternational (Beynəlxalq Uşaq Qaynar Xətt Şəbəkəsi) tərəfindən UNİCEF ilə əməkdaşlıqda “COVİD-19 pandemiyası dövründə uşaqların qorunması” mövzusunda vebinar təşkil edilmişdir. Həmin konfransda Beynəlxalq Uşaq Qaynar Xətt şəbkəsinin üzvü olan 140-dan çox ölkə nümayəndəsi, eyni zamanda uşaq hüquqları ilə məşğul olan müvafiq dövlət və qeyri-hökümət təşkilatlarının əməkdaşları iştirak edirdi. Konfransın gedişatında Zambia və Tayland Uşaq Qaynar Xəttlərinin əməkdaşları, həmçinin Jordan River Foundation təşkilatının nümayəndəsi prezentasiya ilə çıxış edərək COVİD-19 pandemiyası dövründə ölkələrində görülən tədbirlər və uşaq qaynar xəttinin işləri, daxil olan müraciətlərin spektrləri barəsində ətraflı məlumat vermişdir. Bununla yanaşı, pandemiya dövründə uşaq müdafiə sistemində uşaqların hüquqlarının qorunması, uşaqlara qarşı zorakılıq məsələləri ilə bağlı bu sahədə təcrübələri olan uşaq müdafiəsi ekspertləri də çıxış etmişdir.
Azərbaycandan isə ölkəmizdə fəaliyyət göstərən Uşaq Qaynar Xətt xidmətini təmsilən Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin nümayəndələri vebinarda iştirak etmiş və müzakirələrə qoşulmuşdur.

 

#ushaqqaynarxetti #azercell #unicef_azerbaycan #usaid #unicef #ushaqhuquqlari #ushaqzorakiliginason #umidligelecek #reliablefuture

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!