Previous Next

“Azercell Telekom” MMC dünyaca məşhur “Busuu” tətbiqini azyaşlı abunəçilərinə hədiyyə etdi

Bildiyiniz kimi bir neçə ay öncə Müasir texnologiyaların təqdim etdiyi sonsuz imkanları abunəçiləri üçün əlçatan etməyi hədəfləyən Azercell Telekom, rəqəmsal məhsullar portfelini növbəti dəfə zənginləşdirərək xarici dilləri öyrənmək, dil biliklərini inkişaf etdirmək istəyən abunəçiləri üçün “Busuu” tətbiqini təqdim etmişdir.

 1 İyun 2020-ci il tarixində Azercell Telekom Uşaqların Beynəlxalq Müdafiəsi Gününə özəl olaraq COVİD-19 pandemiyası dövründə uşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq, onların dil öyrənmək bacarığını inkişaf etdirmək, həssas təbəqədən olan ailələrin övladlarına sevinc bəxş etmək üçün  Xarici dil öyrənməyə imkan verən, dünyanın 10 ən yaxşı mobil tətbiqi sırasında yer alan  və hazırda 90 milyondan artıq istifadəçisi olan “Busuu” tətbiqini uşaqlara hədiyyə etdi.

“Busuu” virtual xarici dil müəllimi olaraq, eyni anda 12 dil (ingilis, rus, italiyan, alman, fransız, ispan, portuqal, Çin, yapon, türk, ərəb və polyak) öyrənmək, xüsusi proqramla hazırlanmış qrammatika, yazı, dinləmə və danışıq məşqlərinə qatılmaq, “Busuu” sosial şəbəkəsində yeni dostlar qazanıb, onlarla ünsiyyət quraraq dil biliklərini genişləndirmək və Beynəlxalq McGraw-Hill sertifikatını əldə etmək imkanlarını bir arada cəmləyir. Xidmətin daha bir üstünlüyü də odur ki, qeydiyyatdan keçdikdən sonra hər bir tələbənin bilik səviyyəsi yoxlanır və o müvafiq dərs qrupuna təyin edilir.

Azercell Telekomun təşəbbüsü ilə yaradılan kampaniya çərçivəsində Ümidli Gələcək STİB ilə əməkdaşlıqda mərkəzdə qeydiyyatda olan, sosial rifahı qənaətbəxş olmayan, maddi durumu xüsusi qruplarda dil öyrənmək və özünü inkişaf etdirməyə imkan verməyən ailələr  (Bakı, Gəncə, Ağdam, Ağcabədi, Ağdaş, Şirvan, Sumqayıt, Abşeron, Mingəçevir şəhəri üzrə) seçilməklə onların övladlarına da “Busuu” tətbiqindən ödənişsiz istifadəyə imkan verən kodlar təqdim edildi.

Uşaqların təhsil hüququnun təmin edilməsinə və xüsusilə 1 iyun tarixində, onlara həsr olunan gündə #evdəqal #təhsildənqalma tədbirlərini gücləndirməyə imkan yaradaraq uşaqların diqqət və qayğıdan kənar qalmamasına göstərdiyi dəstəyə görə Azercell Telekoma dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!