Previous Next

Daha bir ailənin ümidini doğrultduq!

Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə 25.06.2020-ci il tarixində vətəndaş H. A. tərəfindən müraciət daxil olmuşdur. Müraciətdə ana azyaşlı övladlarının müayinə və müalicəyə ehtiyaclarının olduğunu qeyd etmiş, aztəminatlı və sosial təhlükəli şəraitdə yaşadıqları üçün övladlarının müalicəsini təmin edə bilməmişdir. Qeyd edək ki, valideyn öz izahında övladlarının birində nevroloji və nitq probleminin, digərində isə mütəmadi olaraq qıcolmaların müşahidə olunduğunu qeyd etmişdir. Problemin həlli məqsədilə tərəfimizdən Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinikasına müraciət edilmiş və Klinikanın rəhbərliyi rəsmi müraciətimizə müsbət cavab vermişdir. Nəticədə Klinikanın Baş həkim-pediatr xanım Gülşən Həsənova, həkim-nevroloqu Mərziyyə Məmmədova və Raisə Tahirova, Kardioloq Nuranə Azayeva uşaqları tam müayinə etmişlər və lazımi məsləhətlərini ailəyə vermişlər. Hazırda uşaqların Klinika tərəfindən həkimlərin göndərişlərinə əsasən laborator müayinələri davam edir və yekun diaqnozun qoyulması istiqamətində müayinələr yaxın günlərdə sosial işçilərimizin ailənin iştirakı ilə bərabər aparılacaqdır. Bununla yanaşı, Karantin dövründə sosial təhlükəli vəziyyətdə yaşayan uşaqların səhiyyə hüquqlarının təmənnasız təmin edilməsində bizə dəstək olan Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinikasına, habelə orada çalışan Həkimlərə dərin minnətdarlığımızı bildiririk!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!