Previous Next

“Pandemiya zamanı məişət zorakılığına məruz qalan uşaqlarda psixi və psixosomatik pozuntular” mövzusunda Təlim, 13-14.08.2020

Son aylar Pandemiyanın və bunun nəticəsində bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da həyata keçirilən Karantin rejimi insanların həyat tərzini dəyişməyə məcbur etdi, xüsusən uşaqların sağlamlığına və həyatına təhlükə yaratmaqla, onların daha tez-tez zorakılıq halları ilə üzləşməsinə səbəb oldu. Xüsusilə bu dövrdə uşaq və gənclərin bir-birindən izolasiyası, onların ünsiyyətlərinin məhdudlaşması və nəticədə özünüizolasiya hökm sürdüyü dövrdə psixo-emosional gərginliklərin artması bu istiqamətdə dəstək xidmətinin təkmilləşdirilməsinə ehtiyacın olmasını önə çəkdi.
Bununla yanaşı bu dövrlərdə Birliyin xidmət mərkəzi olan Azərbaycan Uşaq Qaynar Xətt xidməti öz fəaliyyətini dayandırmadı və qeyd edim ki, 2020-ci ilin 6 ayı ərzində 3200 zəng daxil olmaqla, problemlə üzləşmiş hər bir uşağa tərəfimizdən sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək göstərilmiş, onun üzləşdiyi çətinliklərin və problemlərin həllinə dair məsləhətlər verilmiş, onun müraciətlərini digər müvafiq xidmətlərə yönləndirilməsini təmin etmək və təxirəsalınmaz kömək göstərilməsi istiqamətində işlər aparılmışdır.
Məhz buna görə də, bu sahədə çalışan əməkdaşların işinin təkminləşdirilməsi məqsədilə 13-14 avqust 2020 -ci il tarixində "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi, Uptodate İn Medicine, Gürcüstanın İctimai Səhiyyə Fondu və OAK Fondu ilə birgə əməkdaşlıqda, "Pandemiya zamanı məişət zorakılığına məruz qalan uşaqlarda psixi və psixosomatik pozuntular" mövzusunda 200-dən çox ailə həkimləri, pediatrlar, psixiatrlar, kliniki psixoloqlar və nevroloqların iştirakı ilə Zoom platforması üzərindən Facebook sosial şəbəkəsi və təşkilatın Youtube kanalı vasitəsi ilə E_təlim təşkil etdi.
Təlimdə aşağıdakı mövzular müzakirə edilmişdir:
• Məişət zorakılığının səbəb və növləri
• Pediatrlar tərəfindən məişət zorakılığına məruz qalan uşaqların müəyyən edilməsi
• Məktəbəqədər uşaqların psixi inkişafına təsir göstərən əsas ailə amilləri
• Uşaqların ambulator və stasionar şəraitdə tam nevroloji müayinəsi
• Uşaqların zorakılığa məruz qalmasının psixoloji əlamətləri
• Məişət zorakılığına məruz qalan uşaqlarda nevroloji və psixosomatik pozuntuların differensial diaqnostikası
• Uşaqların və yeniyetmələrin psixi sağlamlığını qiymətləndirən meyarlar və metodlar
• Uşaqlarda psixosomatik pozuntuların və somatik xəstəliklərin differensial diaqnostikası
• Nevroloji əliliyi olan məişət zorakılığa məruz qalan uşaqların idarə edilməsi

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!