Previous Next

Beynəlxalq Uşaq Qaynar Xətinin (CHİ- Child Helpline İnternational) Strateji Məsləhətləşmə sessiyaları baş tutub!

17 və 18 Fevral 2021-ci il tarixində Beynəlxalq Uşaq Qaynar Xətinin (CHİ- Child Helpline İnternational) Strateji Məsləhətləşmə sessiyaları baş tutmuşdur.

Strateji Məsləhətləşmələrin əsas məqsədi, növbəti 3 il ərzində Beynəlxalq Uşaq Qaynar Xətti üçün “qoruyucu strategiya” və onu müşayiət edən “daxili strategiyaları” barədə ilk məlumatların verilməsi və rəylərin alınması olmuşdur.

Beynəlxalq Uşaq Qaynar Xətinin icraçı direktoru Patrick Krens təqdimatla çıxış edərək 3 il ərzində nəzərdə tutulan strategiyalar haqqında ətraflı məlumat vermişdir. Baş tutan sessiyada Beynəlxalq Uşaq Qaynar Xətinin bir çox üzvləri ilə yanaşı Azərbaycan Uşaq Qaynar Xətti də iştirak etmiş, sessiya boyu üzvlərə ünvanlanan sorğu və anketlərdə iştirak edərək növbəti illər üçün prioritet olan strategiyaların müəyyənləşdirilməsinə öz töhvəsini vermişdir.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!