Previous Next

1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə "açıq qapı" günləri keçirilib!

BMT Baş Assambleyasının müvafiq qərarına əsasən müəyyən edilmiş 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü ölkəmizdə geniş qeyd edilir. Bu münasibətlə Ədliyyə Nazirliyi tərəfindən 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar üçün uşaqları ilə və Uşaq Tərbiyə müəssisəsində yeniyetmələrin valideynləri ilə "açıq qapı" günləri keçirilib.
 Bununla yanaşı Ədliyyə Nazirliyi və Penitensiar xidmətin məsul işçiləri, Vəkillər Kollegiyasının, “PAŞA Holding”in və "Ümidli Gələcək Sosial Təşəbbüslər" İB Bayram tədbiri və yeni layihənin açılış mərasimində iştirak etmişlər.
Ədliyyə Nazirliyi ilə əməkdaşlıqda ictimai birlik Pasha Holding və Pasha Travel şirkətlərinin maliyyə dəstəyi ilə cəmiyyətimizin həssas təbəqəsi olan müəssisədə yaşayan yeniyetmələrin hüquqlarının təminatı, islah prosesinin və asudə vaxtının səmərəli təşkili, habelə uşaqların sosial adaptasiyası məqsədilə onların bilik və bacarıqlarının artırılması, peşə hazırlığı ilə təlim-tədris kurslarının həyata keçirilməsi layihəsinin icrasına başlayır. Layihənin əsas məqsədi uşaqların sosial-psixoloji reabilitasiyası ilə yanaşı gələcəkdə cəmiyyətə reinteqrasiyalarını asanlaşdrımaqla həyatlarında müsbət dönüş yaratmağa sövq edəcəkdir.
Bayram tədbirində tədbir iştirakçıları əlamətdar gün münasibətilə uşaqları təbrik edib, onlara hədiyyələr təqdim ediblər. Musiqili-əyləncəli konsert proqramı ilə davam edən tədbirlər uşaqlar tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılanıb. Daim dövlət qayğısı ilə əhatə olunan uşaqlar üçün Ədliyyə Nazirliyi tərəfindən belə tədbirlərin təşkil olunmasına görə minnətdarlıq ifadə olunub.
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi artıq 19 ildir ki, Azərbaycanda uşaq və gənclərin inkişafı, qaçqın, məcburi köçkün, əhalinin zəif təbəqələrindən olan insanların sosial, mədəni, təhsil və iqtisadi problemlərinin həllində fəal iştirak edir və Azərbaycan hökuməti tərəfindən həyata keçirilən dövlət proqramları və milli fəaliyyət planlarının icrasına töhvə verməkdədir. Ümidli Gələcək STİB-nin sosial xidmət mərkəzləri fəaliyyətlərini davam etdirərək sosial-psixoloji, həmçinin hüquqi yardıma ehtiyacı olan uşaqlara və onların ailələrinə yaxından yardım göstərmək üçün genişləndirmiş sosial-psixoloji reabilitasiya proqramlarını həyata keçirir.
 
 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!