Previous Next

Ümidli Gələcək Sosial Təşəbbüslər İB xidmət mərkəzi olan Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinin qəhrəman dostları Suraxanı Gəmi Muzeyində - Suraxanı gəmi-muzeyi/Surakhani ship-museum...

Ümidli Gələcək Sosial Təşəbbüslər İB xidmət mərkəzi olan Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinin qəhrəman dostları Suraxanı Gəmi Muzeyində - Suraxanı gəmi-muzeyi/Surakhani ship-museum ?
COVİD-19 Pandemiyası zamanı yetkinlik yaşına çatmayanlarda yaranan gərginlik Reabilitasiya mərkəzinə cəlb olunan uşaqlarda da öz əksini tapmışdır. Emosional gərginliyin aradan qaldırılması məqsədilə uşaq və gənclərlə həm fərdi, həm də qrup terapiyalarının təşkili ilə yanaşı onların asudə vaxtlarının da səmərəli keçməsinə çalışırıq. Bu məqsədlə uşaqlarla birlikdə Suraxanı Gəmi Muzeyinə yollandıq.
Gəmi Muzeyinə olan səfərimiz hamı üçün yadda qalan oldu. Belə ki, uşaqlar Dünyanın ilk Tanker-Muzeyi ilə tanış olaraq Azərbaycanda gəmiçiliyin tarixi haqda ətraflı məlumat aldılar eyni zamanda müxtəlif oyunlar vasitəsilə gəminin idarə olunması, gəmi avadanlıqların barədə kiçik də olsa təcrübəyə yiyələndilər.
Bu cür tədbirlərinin davamlı olmasına çalışacağıq
Hər bir uşağın üzündə təbəssümü görmək diləyilə ❗

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!