Previous Next

Ümidli Gələcək Sosial Təşəbbüslər İB xidmət mərkəzi olan Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinin qəhrəman dostları Qurban bayram ərəfəsində Hərbi Qənimətlər Parkında...

Ümidli Gələcək Sosial Təşəbbüslər İB xidmət mərkəzi olan Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinin qəhrəman dostları Qurban bayram ərəfəsində Hərbi Qənimətlər Parkında ?
Məlum olduğu kimi, uşaq və yeniyetmələrdə emosional gərginliyin aradan qaldırılması məqsədilə həm fərdi, həm də qrup terapiyalarının təşkili ilə yanaşı onların asudə vaxtlarının da səmərəli təşkili xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə bu dəfə dostlarımız ilə birlikdə Hərbi Qənimətlər Parkına səfər etdik.
Parka səfər zamanı uşaqlar 44 günlük Vətən müharibəsində qəhrəman igidlərimizin hansı üsullarla mübarizə apardıqları, istifadə etdikləri avadanlıqlar və onların istifadəsi haqqında bir sıra məlumatlarla tanış oldular. Hərbi Qənimətlər Parkı mərkəzimizin dostlarımız üçün vətənpərvərlik, mərdlik, qorxmazlıq, şücaətin nümunəsidir.
Bu cür tədbirlərinin davamlı olmasına çalışacağıq❗
Hər bir uşağın üzündə daim təbəssüm görmək diləyilə ❗

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!