Previous Next

Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinin qəhrəman dostları Zəfər Günü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət etdilər...

Ümidli Gələcək Sosial Təşəbbüslər İB xidmət mərkəzi olan Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinin qəhrəman dostları Zəfər Günü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət etdilər.
Bilirik ki, uşaq və yeniyetmələrdə emosional gərginliyin aradan qaldırılması məqsədilə həm fərdi, həm də qrup terapiyalarının təşkili ilə yanaşı onların asudə vaxtlarının da səmərəli təşkili xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə bu dəfə Zəfər bayramı münasibətilə dostlarımız ilə birlikdə Vətən uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət etdik. Daha sonra vaxtlarını səmərəli keçirmələri üçün yeni istifadəyə verilən Bakı Zooloji Parka gedildi. Burada uşaq və yeniyetmələrimiz müxtəlif fauna aləmi ilə tanış oldular.
Bu cür tədbirlərinin davamlı olmasına çalışacağıq❗
Hər bir uşağın üzündə daim təbəssüm görmək diləyilə ❗

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!