Previous Next

Kitabxananın açılış mərasimi...

2021-ci ilin may ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təşəbbüsü ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi, PASHA Holding LLCPASHA Travel, Azerbaijan dəstəyi və Baku Book Center, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA ilə əməkdaşlıqda cəmiyyətimizin həssas təbəqəsi olan uşaq tərbiyə müəssisəsində yaşayan yeniyetmələrin hüquqlarının təminatı, islah prosesinin və asudə vaxtının səmərəli təşkili, habelə uşaqların sosial adaptasiyası məqsədilə onların bilik və bacarıqlarının artırılması, peşə hazırlığı ilə təlim-tədris kurslarının həyata keçirilməsi layihəsinə start verildi. Layihənin əsas məqsədi uşaqların sosial-psixoloji reabilitasiyası ilə yanaşı gələcəkdə cəmiyyətə reinteqrasiyalarını asanlaşdrımaqla həyatlarında müsbət dönüş yaratmağa sövq etməkdir.
2021-ci ilin 20 oktyabr – 20 noyabr “Uşaq Hüquqları Aylığı” və 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı ərəfəsində, həmçinin Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin Nizami Gəncəvi İli elan etməsi haqqında Sərəncamına əsasən, gənc nəslin bədii-estetik düşüncəsinin zənginləşdirilməsi məqsədilə müəssisə daxilində müasir tələblərə uyğun Kitabxananın açılış mərasimi keçirilmişdir.
Kitabxanın yaradılmasında mühüm hədəf cəmiyyətimizin həssas təbəqəsi olan uşaq tərbiyə müəssisəsində yaşayan yetkinlik yaşına çatmayanların hüquqlarının təminatı, islah prosesinin və asudə vaxtının səmərəli təşkili, habelə uşaqların bilik və bacarıqlarının, dünyagörüşünün artırılmasına dəstək göstərməkdir. Açılış mərasimində qonaqlar kitabxanın şəraiti və rəflərdə yerləşdirilmiş kitablarla tanış olmuşdur. Kitabxanada yerləşdirilən kitablarının təminində Bahram Arif Bagirzadeh, Надир Адиловa və Bakı Kitab Mərkəzi 500-ə yaxın kitab hədiyyə edərək dəstək göstərdikləri üçün təşəkkür edirik! Qeyd edək ki, kitabları təmin edərkən müəssisədə olan yetkinlik yaşına çatmayanların maraq dairələri müəyyən edilmiş, istəkləri qeydə alınmış və onların inkişafına dəstək göstərə biləcək azərbaycan və rus dilində kitablara üstünlük verilmişdir.
 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!