Previous Next

“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin 212 №-li tam orta məktəbində maarifləndirmə tədbiri

“Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin xidmət mərkəzi olan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti maarifləndirmə tədbirlərini 2022-ci ilin yanvar ayından etibarən davam etməyə başlamışdır.

Növbəti maarifləndirmə tədbiri 27.01.2022-ci il tarixində Bakı şəhər Baş Polis İdarəsi ilə əməkdaşlıqda 212 №-li tam orta məktəbdə baş tutmuşdur.

Maarifləndirmə tədbiri zamanı aşağıda qeyd olunan mövzulara toxunulmuş, hazırlanmış təqdimat şagirdlərin və tədbir iştirakçılarının diqqətinə çatdırılmış və son olaraq uşaqların sualları cavablandırılmışdır.

-“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin yaranma tarixi
-“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin məqsədi
-“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti kimlərə xidmət göstərir?
-“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin fəaliyyət istiqamətləri
-“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin mütəxəssis heyəti
-“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əməkdaşlarının əsas vəzifələri
-"Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əsas iş prinsipləri
-“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müraciətlərlə bağlı göstərilən xidmətlər

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!