Previous Next

Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzində fərdi terapiyalarla yanaşı qrup işi keçirilmişdir...

Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sosial xidmət mərkəzi olan Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzində qeydiyyatda olan və reabilitasiyaya cəlb edilən uşaq və yeniyetmələrlə fərdi terapiyalarla yanaşı qrup işi və xüsusi maarifləndirici tədbirlər qaldığı yerdən yeni ildə də öz işini davam edir.

11.02.2022-ci il tarixində də mərkəzdə qeydiyyatda olan uşaq və yeniyetmələrlə birgə əyləncəli bir gün keçirdik. Belə ki, ilk öncə onlarla qrupa uyğunlaşma, yeni dostlarla ilkin ünsiyyətin quulmasına dair “Şifrə” oyunu keçirildi. Sonra isə uşaqlarla 3 komandaya bölünərək “Ünsiyyətdə Göz Kontaktının düzgün qurulması” ilə bağlı qrup işi keçirildi. Bu həm onların özlərini daha yaxşı ifadə etmələri üçün çox faydalı olmaqla yanaşı həm də effektiv ünsiyyətin düzgün qurulması yolunda açar rolunu oynadı. Yetkinlik yaşına çatmayanların eyni komanda üzvü olması onların sosiallaşmasına, bir-birinə dəstək olmasına, qrup birliyi və həmrəyliyinin yaranmasına şərait yaratmış oldu.

Sonda reabilitasiyaya cəlb olunan bir yeniyetməmizin idman sahəsində qazandığı ilk uğurunu birgə paylaşdıq, sevincinə şərik olduq.

Bu cür tədbirlərin davamlı olmasına çalışacağıq!
Hər bir uşağın üzündə daim təbəssüm görmək diləyilə!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!