Previous Next

17 saylı tam orta məktəbdə maarifləndirilmə tədbiri təşkil olunmuşdur

Hörmətli izləyicilər,


“Ümidli Gələcək” STİB-nin xidmət mərkəzi olan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti və Bakı Baş Polis İdarəsi əməkdaşlığa başlamış və bunun nəticəsində Bakı şəhəri üzrə tam orta məktəblərdə birgə maarifləndirmə tədbirlərinin təşkili davam edir.


Növbəti tədbir, Xətai rayon Polis İdarəsinin əməkdaşları ilə birgə 12.04.2022-ci il tarixində 17 saylı tam orta məktəbdə baş tutub.
Maarifləndirmə tədbirində mərkəzin əməkdaşları ilə yanaşı, həmçinin rəsmi əməkdaşlıq etdiyimiz Azərbaycan Universitetinin, təşkilatın xidmət mərkəzlərində istehsalat təcrübəsinə yönələn, “Sosial İş” ixtisasının tələbələri də iştirak etmişdir. Tədbir zamanı “Uşaqlara qarşı zorakılığın qarşısının alınması və bu cür halların aradan qaldırılması” və “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin yaranma tarixi, məqsədi, fəaliyyət istiqamətləri, mütəxəssis heyəti, əməkdaşların əsas vəzifələri, əsas iş prinsipləri, müraciətlərlə bağlı göstərilən xidmətlər və s. haqqında məlumat verilmişdir.


Əlavə olaraq hazırlanmış təqdimat, video-çarxlar və çap materialları tələbə və tədbir iştirakçılarının diqqətinə çatdırılmış, son olaraq isə yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!