Previous Next

“Faiq Rəfiyev adına 166 nömrəli məktəb”də maarifləndirmə tədbiri baş tutmuşdur.

Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin xidmət mərkəzlərindən biri olan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti maarifləndirmə tədbirlərini davam etdirir.

Növbəti silsilə tədbir 04.10.2022-ci il tarixində Qaradağ rayon Polis İdarəsi ilə birgə əməkdaşlıqda “Faiq Rəfiyev adına 166 nömrəli məktəb ”də baş tutmuşdur.

Tədbirdə, Qaradağ rayon Polis İdarəsinin əməkdaşı, məktəb direktoru, məktəb psixoloqları və şagirdlər iştirak etmişdir.

Tədbir zamanı yetkinlik yaşına çatmayanlara dəstək xidməti göstərən “Azərbaycan Uşaq Qaynar Xətt”-i haqqında (xidmətin yaranma tarixi, məqsədi, fəaliyyət istiqamətləri, mütəxəssis heyəti, əməkdaşların əsas vəzifələri, əsas iş prinsipləri, müraciətlərlə bağlı göstərilən xidmətlər və s.) məlumat verilmiş, həmçinin, “Uşaq Hüquqlarının Müdafiəsi”, “Zərərli vərdişlərin mənfi təsirləri”, “Uşaqlara qarşı edilən zorakılıqla mübarizə”, "İnsan Alverilə mübarizə" mövzularında müzakirələr aparılmışdır.

Əlavə olaraq hazırlanmış təqdimat, çap materialları tədbir iştirakçılarının diqqətinə çatdırılmış, son olaraq isə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!