Previous Next

Sabunçu Gənclər Evi və "Ümidli Gələcək" STİB təşkilatçılığı ilə birliyin sosial xidmət mərkəzlərində qeydiyyatda olan uşaqlar üçün “Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr edilən bayram tədbiri keçirilmişdir.

27 dekabr 2022-ci il tarixində Sabunçu Gənclər Evi və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin təşkilatçılığı ilə birliyin sosial xidmət mərkəzlərində qeydiyyatda olan uşaqlar üçün “Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr edilən bayram tədbiri keçirilmişdir.
Tədbirin açılış nitqindən sonra bayram təbrikləri səsləndirildi və uşaqlar qruplara ayrılaraq onlar üçün təşkil olunan intellektual yarışda iştirak etdilər. Ümumilikdə 20 sualdan və iki turdan ibarət yarışda uşaqlar intellekt mübarizəsi apardılar və qalib komandanın 4 üzvü də hədiyyələrlə mükafatlandırıldı. 5 saata yaxın davam edən tədbirdə uşaqlar üçün müxtəlif yarışlar təşkil edildi, həmçinin uşaqlar, rəsm kursu və ingilis dili danışıq dəsrlərində iştirak etdilər. Tədbir boyunca onlar üçün nahar süfrəsi və çay fasiləsi təşkil edildi. Aralarında kimsəsiz olan, sosial təhlükəli vəziyyətdə yaşayan, həmçinin zorakılığa məruz qalan uşaqların da olduğu tədbirdə uşaqlar üçün həm bayram abu-havası yaradıldı, həm əyləndilə həm əyləndilər, həm öyrəndilər, həm də aktiv iştirakçılıq göstərdilər.
Sonda uşaqların hər biri bayram tədbirində aktiv iştirakına görə sertifikatla təltif edildilər və onların hər birinə bayram hədiyyələri təqdim edildi.
Ümidli Gələcək STİB olaraq, tədbirin təşkilində əməyi keçən bütün qurumlara, həmçinin xeyriyyəçilərə dərin təşəkkürümüzü bildiririk.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!