Nə əldə edəcəm?

Bizim uyğun gördüyümüz məsləhətlər

Mən Uşaq Qaynar Xəttinə zəng etdiyim zaman nə baş verəcək?

Uşaq Qaynar Xəttinə zəng etdiyiniz zaman Siz problemlərinizi eşidə biləcək kiminləsə danışmaq imkanı əldə edirsiniz. Məsləhətçilərin hamısı təlim görmüşlər və Sizi dinləyərək yardım etməyə çalışacaqlar. Əgər siz qorxursunuzsa və ya özünənəzarəti itirmişinizsə, narahatçılığa əsas yoxdur. Siz bizimlə danışa bilərsiniz. İşimiz Sizi dinləməkdən ibarətdir və hərdən Sizə yardım edə biləcək şəxsə doğru istiqamətləndirməkdir. Düzdür, özünüzün problemləriniz və hissləriniz haqda danışmaq bir qədər çətindir lakin, əmin olun ki, Siz düzgün hərəkət edirsiniz. Başa düşün ki, problemlərinizi Sizi anlayacaq bir şəxsə danışaraq özünüzü yaxşı hiss edə bilərsiniz. Əgər Siz telefonda öz problemlərinizi danışmaqdan qorxur və ya danışmaqdan çəkinirsinizsə, bunu Sizin icazəniz və istəyinizlə Sizə yaxın şəxs bunu edə bilər. 

 

Uşaq Qaynar Xəttinin zəngləri məxfidir. Burada Siz istədiyiniz zaman istədiyiniz mövzu haqda istədiyiniz adamla danışa bilərsiniz. Sizin Uşaq Qaynar Xəttinin əməkdaşları  yalnız fövqəladə vəziyyətlərdə hər hansı tədbirləri yerinə yetirə bilər.

 Mən zəng etmək əvəzinə Uşaq Qaynar Xəttinə yaza bilərəmmi?

Bizim elektron poçtuna məktub göndərə və ya internet ünvanımıza müraciət edə bilərsiniz və bizim məsləhətçilər Sizə mütləq cavab verəcəkdir. Bizim elektron ünvanımız:  HYPERLINK "mailto:Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.">Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır." Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.">Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.və ya adi məktub yazarkən isə - Uşaq Qaynar Xətti, 117, Nizami küçəsi, Bakı, AZE 1010. Bu halda zərfin üzərinə poçt markası yapışdırmağa ehtiyac yoxdur.

Mən rus dilində danışa bilərəmmi? 

Bəli. Bizim məsləhətçilər rus dilində də danışır və Sizə yardım etməyə hər an hazırdırlar. Məsləhətçilərimiz Azərbaycan və Rus dillərində danışmaq imkanına malikdirlər.

Mən Uşaq Qaynar Xəttinə zəng edə bilməsəm nə baş verə bilər?

Biz bir neçə uşaqdan zəng qəbul etmək imkanına malikik. Lakin bəzən belə də ola bilər ki, ilk dəfədən bizə zəng edə bilməzsiniz. Belə bir halla rastlaşdıqda bir daha cəhd etmənizi xahiş edirik. Sizin zənginizə mümkün qədər tez cavab verməyə çalışacağıq.

Zəng etdiyim nömrə qaynar xəttin yaddaşında qalacaqmı? 

Uşaq Qaynar Xətti uşaqlar üçün yardım xidmət kimi yaradıldığı üçün zənglər pulsuzdur və nömrələr yaddaşda saxlanılmır. Uşaq Qaynar Xəttinin nömrələri: 4802280  və ya 050 680 22 80 Biz digər mobil operatorları ilə danışıqlar aparırıq ki, onlardan edilən zənglər pulsuz olsun və nömrə yaddaşda qalmasın. Nömrə sizin yaddaş səhifənizdə və mobil telefonun yaddaşında qala bilər. əgər siz digər insanların bu nömrəni görməsini istəmirsinizsə, nömrəni öz telefonunuzdan silə bilərsiniz.

Mobil telefonlardan Uşaq Qaynar Xəttinə edilən zənglər pulsuzdurmu? 

Uşaq Qaynar Xəttinin şəhərdaxili nömrəsinə şəhərdaxili telefonlardan edilən zənglər pulsuzdur, AzerCell  nömrəsindən edilən zənglər də eyni qayda ilə pulsuzdur. Bu nömrələrə günün istənilən vaxtı zəng edə bilərsiniz. Ola bilsin ki, bəzən xətt məşğul olsun. Xahiş edirik ki, bir daha zəng vurmağa cəhd edəsiniz və bizlərdən kimsə sizə cavab verəcəkdir.

Uşaq Qaynar Xəttinə zəng edərək nə ilə bağlı danışmaq olar?

Əgər Siz ruh düşkünlüyü və ağrı hiss edirsinizsə, qorxursunuzsa və nə demək istədiyinizi bilmirsinizsə danışmaq çətindir. Siz danışdıqdan sonra Qaynar Xəttin məsləhətçiləri mümkün olan kömək və yardımı Sizə göstərəcəklər. Bizə zəng etdikdən sonra, bir neçə şey etməlisiniz ki, biz Sizə kömək edə bilək: İmkan daxilində elə yerlərdən zəng edin ki, heç kim Sizə mane olmasın və danışığınızı yarımçıq kəsməsin.

gər küçədən, ictimai telefonla zəng edirsinizsə, mümkün qədər maşınların az səs etdiyi yeri seçin. Bu, məsləhətçilərin Sizi daha yaxşı eşitmələrinə yardım edər. Zəng etməmişdən öncə nə deyəcəyinizi ətraflı götür-qoy edin. Siz istənilən zaman zəng edə bilərsiniz, amma ilk növbədə nə demək istədiyiniz barədə düşünməniz Sizə yardım edə bilər.

Kiminlə danışa bilərəm?

Bir çox hallarda Uşaq Qaynar Xəttin əməkdaşları adi şəxslər olur, lakin onlar ilin hər günü, 24 saat ərzində öz vaxtını Sizin zənglərinizə cavab verərək, yardım göstərməyə hazır olan şəxslərdir. Uşaq Qaynar Xəttinin məsləhətçiləri: Sizə dinləyərək, Sizə cavab verməyə hazır olan;

 

  • Etibar edə biləcəyiniz; Sizi aşağılamayan və ittiham etməyən
  • Probleminizi qəbul etməyi bacaran
  • Problemi dərk edən
  • Kömək və yardım etmək üçün ixtisaslaşan
  • Qaynar xəttə daxil olan zənglərə nəzarət edən şəxslərdir.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!