Mən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə necə zəng edə bilərəm?

Siz “Azərbaycan Uşaq Qaynar Xətt”inə istənilən problemlə bağlı zəng edə bilərsiniz.

“Azərbaycan Uşaq Qaynar Xətt”i uşaqlar üçün yardım xidməti kimi yarandığı üçün zənglər pulsuzdur. Şəhərlərarası danışıqların ödənişli olmasını nəzərə alaraq, 2012-ci ilin fevral ayından etibarən Azərbaycan Uşaq Qaynar Xətt xidməti Avirtel MMC-nin dəstəyilə toll-free nömrə (088-480 22 80) ilə təmin olunmuşdur. Bu nömrəyə zəng edərkən siz tərəfdən heç bir xidmət haqqı ödənilməyəcəkdir.

“Azərbaycan Uşaq Qaynar Xətti”nin nömrələri (012) 480 22 80; (051) 880 11 80 və (050) 680 22 80; (880) 480 22 80-dir.

“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin şəhərdaxili nömrəsinə şəhərdaxili telefonlardan edilən zənglər,həmçinin, toll-free nömrəsinə rayonlardan edilən zənglər pulsuzdur. Şəhərdaxili nömrə və toll-free nömrəsinə saat 09:00-dan – 18:00-a kimi zəng edə bilərsiniz. Ola bilsin ki, bəzən xətt məşğul olsun. Xahiş edirik ki, bir daha zəng vurmağa cəhd edəsiniz və biz sizə mütləq cavab verəcəyik!

 

“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin işçi heyəti uşaqlarla iş sahəsində geniş təcrübəyə malik olan psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarətdir.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!