Qəzəb hissi

Əgər ətrafdakı insanlar səni tez-tez qıcıqlandırırlarsa və bu qıcıq sənin qəzəbinə səbəb olursa oturub düşünməyin vaxtı gəlibdir. Fikirləşirsən ki, nəyə görə insanlar səni qəzəbləndirirlər? Lakin dərinliyinə baxsaq insanlar yox onların hərəkətləri səndə qəzəbə səbəb olan qıcıqları yaradır. Bəlkə yaşadığın monoton həyatından yorulmusan? Bəlkədə edə biləcəyin ixtiraların hələdə xəyal olaraq qalır və həyata keçirilməyibdir? Bəlkədə şəxsi həyatında nəsə doğru-dürüst yolunda getmir? 
Qəzəb vasitəsi ilə sən digər insanlara:
• mən varam,
• mən bunu istəyirəm,
• mən bunu və onu edəcəyəm,
• amma bunu mən etməyəcəyəm kimi amilləri çatdırmağa çalışırsan. 
Bəzən qəzəb artıq vərdiş halına çevrilmiş olur. Əgər insan aqressiv mühitdə böyüyübsə, harada ki, hər-hansısa “səhv hərəkətə” qarşı qəzəb halları hər dəfəsində təbii reaksiyadır və onun digər insanların hərəkətlərinə qarşı reaksiyası eyni ilə olacaqdır.
Qəzəbini azaltmaq üçün aşağıda qeyd olunan üsullardan da istifadə edə bilərsən:
• idman, rəqs, təmizlik işləri, gəzinti, rəsm çəkmək və s.
"Qəzəbdən qurtulmaq üçün nə etməlisən?".
• Sadəcə dərk et ki, səndə qəzəb hissi var; 
• Səni anlayan həmsöhbəti tapmağa çalış, hansına ki, etibar edirsən;
• Utanmadan və çəkinmədən özün özün ilə danışmağa çalış. Daha sonra səndə öz hislərini eşitmək imkanı yaranacaq, hansılar ki, sənə yad görünəcəklər. Sanki, elə bil bu tamamilə başqa insan idi və bu etdiklərini təkrar etməkdən çəkinəcəksən;
• Bir kağızda səni hirsləndirən, qıcıqlandıran səbəblərin dəqiq siyahısını yazmağa çalış. Səni daha çox hansı narahat edir onu vurğula. Sonra səndə ondan qurtulmaq üçün yollar tapmaq imkanı yaranacaq.
• O şeyləri müəyyən etməyə çalış ki, hansıları ki dəyişdirməmək, sənin ixtiyarında deyil və onlardan bir müddət uzaq dur. Uzun müddətdən sonra səni qıcıqlandıran səbəblərdən qurtulmuş olacaqsan.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!