Həyatımıza rəng qataq

Hər birimiz zaman-zaman gündəlik qayğılardan yorulur, həyatımızın darıxdırıcı keçdiyini fikirləşir, monotonluqdan bezirik. Bizə maraqlı görünən, diqqətimizi çəkən şeylərə get-gedə həvəsimiz azalır. Səhərlər yuxudan oyanmaq bizim kabusumuza çevrilir.Dərsə, işə getmək istəmirik.  Bu hallar daha çox fəsil dəyişikliyi ərəfəsində baş verir. Orqanizmimiz təbiətdə baş vermiş dəyişikliklərə fərqli reaksiyalar göstərir. Baş vermiş hər bir dəyişiklik orqanizmlə yanaşı bizim əhval-ruhiyyəmizə daha çox təsir edir. Tez-tez əhval dəyişiklikləri bizim işlərimizə və gündəlik həyatımıza mənfi təsirlər gətirir. Bəs biz nə edək ki həyatımıza rəng qataq və monotonluqdan qurtulaq?

                                                      

·        İlk öncə dəyişikliyə düşüncələrimizdən başlamalıyıq. Haqqında mənfi düşüncədə olduğunuz insanlara qarşı fərqli baxışla baxmalı, özlüyümüzdə onların müsbət keyfiyyətlərini araşdırmalıyıq. Çünki bəzən insanları tanımadan onları özümüzdən uzaqlaşdırır, bəlkədə bizə çox yaxın ola biləcək bir insanı itiririk.

·        Xarici görünüşümüzdə də  dəyişikliklər bizi bir müddət eynilikdən uzaqlaşmağa kömək edəcəkdir. İstər saç düzümünü, istər geyim tərzini dəyişmək insanda pozitiv düşüncələr yaradır və bir növ onu monotonluqdan uzaqlaşdırır.

·        Yeni yerlər və yeni insanlar kəşf edin. Getmədiyiniz yerlərə gedin, az ünsiyyətdə olduğunuz insanlarla da vaxt keçirməyə çalışın. Bunlardan əlavə sizə yaxın olan dostlarınız və yaxınlarınızla da maraqlı vaxt keçirə, günlərinizi daha əyləncəli  edə bilərsiz.

·        İstər musiqi zövqü olsun, istər film və s. bu kimi əyləncələrdə də fərqliliklər edin. Özünüz üçün yeni xobbilər kəşf edərək həyatınıza rəng qatın. Unutmayın ki, həyatımızın axarını dəyişmək öz əlimizdədir. Elə bu gündən etibarən dəyişikliyə başlayın və hər bir gününüzü əvvəlkindən daha rəngarəng edin.

 

                                                 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!