Sosial şəbəkələrin zərərləri

Elm və texnikanın inkişaf etdiyi bir zamanda insan həyatı olduqca asanlaşır. Artıq insanlar bir-birləri ilə daha asan şəkildə əlaqə saxlayır, demək olarki bir zənglə bir çox lazımi işləri həyata keçirirlər. Kompyuterin, internetin, mobil telefonların kəşfi ilə insan həyatında mühüm dəyişikliklərin əsası qoyuldu. Zaman keçdikcə yaranan sosial şəbəkələr gündəlik həyatımızın olmazsa olmazına çevrildi. Hətta elə bir hal yaranıbki  səhərlər mobil telefonlarımıza və sosial şəbəkələrdəki hesablarımıza göz gəzdirmədən günə başlamırıq. Texnikanın bu qədər inkişafı bizim işlərimizi və həyatımızı asanlaşdırsada, zərərlərdən də yan keçmək mümkün olmur. Artıq hər bir insanın sosial şəbəkələrdə hesabı var və  bu hesablar bəzən faydalı işlərə kömək eləsədə, çox hallarda bizim üçün zərərli hala gəlir. Xüsusən son zamanlar azyaşlılar da sosial şəbəkələrə qoşulması onların inkişafına mənfi təsirlərin olmasını qaçılmaz edir. Bəzən bu şəbəkələrdə olan tanışlıqlar gənc qızlara, həmçinin digər insanlara çox böyük təhlükələr törədir. Tək bunlarla sosial şəbəkələrin zərərləri bitmir.

 

·        Vaxt itkisi – Sosial şəbəkələr o dərəcədə həyatımıza daxil olubki demək olar ən dəyərli məhfum olan zamanımızın çoxu bu şəbəkələrdə keçir. Biz istəsəkdə telefondan ayrıla bilmir, vaxtımızın çoxun bu şəbəkələrdə keçirdirik. 

·        Kompyuter, telefon, televizor kimi texniki vaistələr bizim sağlamlığımıza ciddi şəkildə ziyan vurur. Mobil telefonlardan çox istifadə,  kompyuter arxasında düzgün oturmamaq insanlarda onurğa sütununun problemlərinə, göz zəifliyinə və bir çox digər probləmlərə yol açır.

·        Sosial şəbəkələrdən çox istifadə insanların yuxu rejiminə də ciddi şəkildə təsir göstərir. Yeniyetmə və gənclər çox zaman uzun müddət sosial şəbəkədən ayrıla bilmir və gecə gec saatlara qədər vaxtlarını bu şəbəkələrdə keçirdirlər. Belə olan hallarda isə onlarda yuxu problemi yaranır. Yaranmış problemlər onların təhsilinə və sağlamlıqlarına da zərər vurur.  

·        Ünsiyyət problemi – Baxmayaraq ki, sosial şəbəkələr bizim başqa insanlarla ünsiyyət qurmağımıza köməklik göstərir amma biz bilmədən real ünsiyyətimizdə problemlər yaranır. Artıq insanlar bir-birlərini sosial şəbəkələrdən axtarır, əvvəlki səmimi ünsiyyətdən uzaqlaşırlar.

 

 

   

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!