MƏKTƏBƏ QAYIDIŞ KABUSA ÇEVRİLMƏSİN!

MƏKTƏBƏ QAYIDIŞ KABUSA ÇEVRİLMƏSİN!

Uzun bir yay tətilindən sonra milyonlarla məktəbli məktəbə getmək üçün gün saymağa başlayır.

Bəs bir çox uşaq üçün “AZADLIQ” mənasını verən tətilin bitməsi hansı emosional dəyişikliklərə gətirib çıxarır?

Dərslərin bitməsi ilə başlayan uzun yay tətilini bir çox məktəbli ya ailələri ilə ya da nənə-babası ilə dincələrək, əylənərək keçirirdi.  Ölkə daxilində və ya xaricində yay düşərgələrinə gedənlər də az olmadı. Dənizin, günəşin ləzzətini daddılar. Bir çoxu istədikləri saatda yatıb, istədikləri saatda qalxdılar. Yemək vərdişlərini dəyişdirdilər. Amma tətil çox yaxında artıq bitir. “İntizam” , “Oxumaq”, “Çalışmaq” “Məsuliyyət” anlamını verən məktəb artıq başlayır.

Beləliklə uşaqlarda öyrənmədə, diqqətlərini toplamaqda, sinif yoldaşları və müəllimləri ilə ünsiyyətdə   bir sözlə yenidən məktəbə uyğunlaşmada problemlər yaranır.  Psixoloqlar deyirlər ki, yay tətili ərzində uşaqlar televizora daha çox baxırlar, kompyuter oyunlar ilə limitsiz oynayırlar. Bəziləri yayda verilən tapşırıqları dərhal yerinə yetirdi, bəziləri hələ də edir, bəziləri isə son günə saxladıqları üçün çatdırmamalarının həyəcanını yaşayırlar. Buna görə də sonuncu sinifdə olanlar, tətilin əyləncəsinə doymayanlar, məktəbdə dərsləri ilə problem yaşayanlar, dostları ilə və müəllimlərlə ünsiyyətdə çətinlik çəkənlər yenidən dərslərin başlaması ilə sıxıntı yaşamağa başlayırlar.

Uyğunlaşmanın da öz qaydaları var...

Valideynlər və müəllimlər nələrə diqqət etməlidirlər?

-          Dərs saatlarına bədənin uyğunlaşması üçün yatma və oyanma saatları mərhələli olaraq məktəb qaydasına uyğunlaşdırılmalıdır.

-           Məktəb paltarları, ləvazimatları yaxşı olar ki, məktəbli ilə birliktə əyləncəli şəkildə seçilsin.

-          Yayda verilən tapşırıqları həll etmək dərslərin başlamasına dair məktəbliyə verilən siqnal olacaqdır.

-          Ailələrin məktəb ilə bağlı düşüncələri müsbət olarsa, məktəblilər də bu düşüncələrə uyğunlaşacaqdır.

-          Birinci sinifə gedəcək olan uşaqları yaxşı olar ki, valideynlər yay tətilində məktəbə aparsınlar, məktəblə tanış etsinlər.

-           Yay tətilini bağda keçirənlər, dərs başlayan gün yox ən azı bir həftə əvvəl evlərinə geri dönmələri uşaqların daha tez adaptasiyasına yardım edəcək.

-           Alınan kitablar, ləvazimatlar və məktəbə aid başqa əşyaların otağındakı rəflərə özünün yerləşdirməsi uşaqda dərsə motivasiya yarada bilər.

-           Otağında və dərs masasında daha çox zaman keçirtmək üçün müxtəlif fəaliyyətlərlə məşğul ola bilər.

-           Keçəcəyi sinfin dərslərinə nəzər sala bilər.

-          Məktəb başladıqdan sonra dərslər və günlük fəaliyyət proqramlaşdırıla bilər.

-          Məktəblinin istəyi olmasa belə dərs masasında oturmaq onda həvəs yarada bilər.

-           Unudulan mövzularla bağlı həyəcanlanmadan, tanış kitablardan istifadə edilə bilər.

-           Məktəbli gün ərzində edəcəyi fəaliyyəti qısa şəkildə bir vərəqə yazıb otağında görə biləcəyi bir yerə qoya bilər.

-          Müəllimlər ilk həftələrində daha dözümlü ola və bəzi nöqsanları göz ardı edə bilərlər.

-           Televizora baxmağı və oyun oynamağı dərslərini etdikdən sonra özlərinə mükafat kimi etmələri onlara dərslərini daha tez və məsuliyyətli yanaşmalarına yardımçı olacaqdır.

-           Davam edən daha dərin və emosional problemləri hər hansısa psixoloqdan kömək alaraq həll edə bilərsiniz.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!