Previous Next

Kitab oxumağın uşaqların inkişafına faydaları

Kitab oxumağın uşaqların inkişafına faydaları

Bildiyimiz kimi uşaqlar artıq 3 yaşından etibarən ətraf aləm barəsində təsəvvürlər əldə etməyə başlayır. Bu təsəvvürləri adətən müşahidə və təcrübədən istifadə etməklə formalaşdırmağa başlayırlar. Uşaqlarda onları əhatə edən ətraf aləm dünya haqqında fikirlər ilk öncə ailə də yaranır daha sonra dostları və əhatə dairəsində olan insanlar və baş verən hadisələr əsasında formalaşır. Uşaqların inkişafında, dünyanı mənimsəməsində ən yaxşı köməkçisi və dostu kitablardır.

Kitablar uşaqlarda söz ehtiyyatının artmasına, yaradıcılıq qabiliyyətinin inkişafına, dünyagörüşü və həyata baxışlarını genişləndirir, onların sosiallaşmasına dəstək olur, fikrini cəmləmə və bir mərkəzə toplama kimi vərdişləri inkişaf etdirir. Dünyanı tanımağa, digər mədəniyyətlər, dinlər, tanımadığı yerlər haqqında təsəvvür əldə etməyə yardımçı olur. İnsanlara təsir qabiliyyətəni artırır. Qərar qəbul etmə qabiliyyətini inkişaf etdirir. Həyat məqsədinin tapılması ilə çətinliklərin öhdəsindən asanlıqla gəlməyə yardımçı olur. Darıxmağın qarşısını alır. Danışmağa mövzun olur. Uşaqlarda məsuliyyət hissini artırır. Fərqli düşünüb məsələlərə müxtəlif aspektdən yanaşma, fərqli metodlar seçməklə məsələni həll etməyi öyrədir.

Bundan əlavə mütaliənin aşağıdakı faydalı cəhətləri də vardır:

1.     Mütaliə uşaqlarda stressi azaldır.

2.     Yuxu sisteminin tənzimlənməsinə müsbət təsir etmiş olur. Xüsusilə fantastika janrı yuxudan əvvəl sakitləşməyə kömək edir.

3.     Müxtəlif janrda olan kitablar söz ehtiyyatının artmasına kömək edir.

4.     Özgüvəni artırır.

5.     Yaradıcılıq qabiliyyətini artırır.

6.     Yaddaşı möhkəmləndirir.

7.     Müxtəlif müəlliflərin kitablarını oxuduqca uşaqların düşüncə tərzi inkişaf edir.

8.     Kitab oxuyan uşaqlar fiziki cəhətdən daha aktiv olurlar.

9.     Xarici dillərin öyrənilməsinə vasitə olur.

10.  Sosiallaşmağa kömək edir.

Kitab oxumağın faydası qədər düzgün kitab seçilməsi də mühüm məsələlərdəndir. Kitab seçərkən həm valideyn, həm uşaq ortaq şəkildə qərar verməlidir. Bu seçimi yalnız valideynin və ya övladın öhdəsinə buraxmaq düzgün deyil. Yalnız öz müəlliflərimiz deyil, xarici ədəbiyyata da yönəlmək lazımdır. Bununla övladınız həm xarici dil biliklərini artırmış, həm müxtəlif mədəniyyətlər haqqında məlumat əldə etməklə dünyagörüşlərini artırmış olurlar.Tədqiqatlar göstərir ki, valideynlə övladın birlikdə kitab oxuması, günün müəyyən 1 saatının  kitab oxumağa ayırılması onların münasibətlərinin yaxşılaşdırılmasına müsbət təsir etmiş olur. Bədii əsərlərin nüfuzu ondan ibarətdir ki, uşaqlar real həyatda başqalarının hiss və həyəcanlarını anlamağı öyrənirlər, bu onların empatiya qabiliyyətini artırmış olur. Daim mütaliə edən uşaqlar digər yoldaşlarına nisbətən daha yaxşı dinləyici olurlar.

Hər gün yatmamışdan əvvəl yarım saat kitab oxumaq uşaqların məntiqi qabiliyyətini inkişaf etdirir. Mütaliə yuxudan əvvəl beynə siqnal ötürəcək ki, yatmaq vaxtıdır. Beləliklə uşaqlar daha yaxşı yatacaq və səhərlər özlərini daha gümrah hiss edəcəklər. Uşaqlar kitab oxuyarkən bir çox maraqlı məlumatları yadda saxlamaqla kitabın növbəti səhifələrində bu məlumatları analiz etməyə başlayacaqlar.

Kitab oxumağın faydaları haqqında həmçinin müdriklərin də bir sıra fikirləri vardır:

Kitab oxuyan insanlar televizora baxan insanları idarə edəcək. F.Jaulis

Kitabları yandırmaqdan daha pis cinayət onları oxumamaqdır. Rey Bredberi

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!