Previous Next

Uşaqların valideynlərinə bağlılığı

 

Körpələrdə 7-8 aylığından etibarən ana və atalarına qarşı bağlılıq yaranır. Xüsusilədə analarını izləmək və münasibət qura bilmək üçün müxtəlif formalarda cəhd göstərirlər (əlini uzatmaq, gülümsəmək, iməkləyərək anasının yanına getmək). Əhval-ruhiyyələri anaları otaqdan çıxdığı zaman pisləşir, geri qayıtdığı zamansa yaxşılaşır. Yanında olmasa belə uşaq anasının səsinin haradan gəldiyini duymağa çalışır, oyun oynadığı zaman belə analarının hərəkətlərini izləyirlər. Məhz bu duyğusal əlaqələr uşaqlıq və daha sonrakı mərhələlər üçün əhəmiyyətli bir faktor olan ana və uşaq arasındakı “bağlılığın" yaranma mərhələsidir.

Ayrılıq qayğısı əsasən 1-3 yaşlarında yaşadığı, xüsusilə anasından ayrı qaldığında keçirdiyi gərgin stressdir. Emosional bağlılığı olan insanlardan ayrı qalmaqdan qaçınmaq 7 aylıqdan 4 yaşa qədər normal hal olsa da artıq 4-5 yaşdan etibarən bu qayğının yavaş-yavaş itməsi gözlənilir. Əgər bu yaşdan sonra qayğılar azalmazsa artıq uşaqlar ata və anasından ayrı qaldıqda onların başına bir iş gələcəyini və onları bir daha görməyəcəklərini düşünürlər. Gecələr tək yatdıqları zaman çətinlik çəkır, tez-tez qorxulu yuxular görərlər. Uşaq baxça və məktəbə başlamazdan əvvəl ailələr tərəfindən çox da diqqət olunmayan, anadan ilk ciddi ayrılıq olan məktəb həyatına başlamaqla birlikdə valideynlərin diqqətini cəlb edir. Hər səhər qarın ağrısı, ürək bulantısı və s. bu kimi fizoloji problemləri dilə gətirən uşaqlar, “Ana, nə olar bu gün məktəbə getməyim”deyən məktəbli, bağçada  “Ana, nolar mənimlə qal" deyə ağlayaraq anasının getməsinə mane olan uşaqlarda böyük ehtimalla ayrılıq qayğısı problemi yaşayır. Və bu, uşaqların məktəbə adaptasiya prosesində, dərslərə diqqətini toplamasında, dost qazanmasında və digər sosial fəaliyyətlərində çətinliklər yaradır.

Bəs bu narahatçılığı azaltmaq üçün nələr etmək olar?

  •         Uşağın 7 ay – 2 yaş arası dövrü ərzində əgər işləyəcəksinizsə uşaq sizin yanınızda olarkən onun dayəyə öyrəşməsi üçün şərait yaradın. Onlar arasında güvən hissi yarandıqdan sonra bəzi işləri dayəyə tapşırmağa başlayın.
  •     Əgər evdən kənarlaşacaqsınızsa, qətiyyən bunu övladınızdan xəbərsiz etməyin. Mütləq sağollaşın. Onu öpüb qucaqlayın, hara və hansı səbəbdən gedəcəyinizi qısa bir söhbətlə ona izah edin və geri qayıdacağınızı qətiyyətlə bildirin. O, ağlasa belə, siz sakit və təmkinli bir formada uşaqdan ayrılın. Bu sağollaşma söhbətini hər dəfə uşaqdan ayrıldıqda təkrarlayın. Bu sizin aranızdakı güvəni artıracaq və övladınız artıq sizin haqqınızda narahatçılıq keçirəcəyi mövzuları daha az düşünəcək.
  •         Qayğılı və narahat olduğunuz zamanlarda bunu uşağa bildirməməyə çalışın. Ona sakit və rahatladıcı baxışlarla baxın.
  •          Məktəbin ilk günündə mütləq övladınızın yanında olub ona dəstək olmğa çalışın. Bunun qısa bir ayrılıq olacağını, məktəbdə yeni insanlarla tanış olub maraqlı şeylər öyrənəcəyini və xoş zaman keçirəcəyini övladınıza söyləyin. Evə gəldikdə isə gününün necə keçdiyini soruşub, sakit şəkildə onu dinləyin.
  •         Qətiyyən geri addım atmayın, qərarlı olun. Övladınızı məktəbə getməsi üçün razı salmağa çalışın.

Əgər bu mərhələ normal və təhlükəsiz keçirilərsə, uşaq və ana arasındakı emosional bağlar düzgün qurularsa bu uşağın növbəti yaşlarında da ayrılıq  ciddi problem halına çevrilməz.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!