Previous Next

Cizgi filmlərinin uşaqlara təsiri

 

Bugün uşaqların ən böyük sevimlisinə çevrilən cizgi filmlərindən və onların balacalarımızın inkişafına mənfi və müsbət  təsirlərindən danışacayıq.

Bildiyimiz kimi, uşaqlar gün ərzində zamanlarının çox hissəsini televizorun qarşısında cizgi filminə baxmaqla keçirir. Bəs bu cizgi filmlərinin hər biri onların inkişafına müsbət təsir edirmi?

Amerikan alimlərinin apardıqları tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, uşaqlarda 2 yaş yarımlığından cizgi filmlərinə maraq yaranır. Onlarda təqlidetmə qabiliyyətidə elə bu yaşdan inkişaf etməyə başlayır.

İzlədikləri cizgi filmləri də bu istiqamətdə önəmli təsirə malikdir. Bəzi cizgi filmlər var ki, onlar zorakılığı, aqressivliyi təbliğ edir. Bu kimi hallar da uşaqların psixoloji inkişafına öz mənfi təsirlərini göstərmiş olur.

Gündə 4-5 saat aqressiv davranışlarla dolu, şiddət xarakterli cizgi filmi izləyən uşaqlarda aşağıdakı simptomlar ola bilər:

Ø Uşaqda zorakılıq meyli arta bilər.

Ø Zorakı cizgi filmlərini seyr edən uşaqlar digərlərindən daha aqressiv və düzgün olmayan davranışlar sərgiləyə bilərlər.

Ø Valideynləri ilə münasibətlərdə problem ola bilər.

Ø Dərs müvəffəqiyyətlərində azalma hiss edilə bilər.

Ø Bu kimi uşaqlar dostları ilə münasibətlərini dərk edə və başa düşə bilmirlər.

Uşaqlar müsbət mənalı cizgi filmlər izlədikləri zaman isə onlarda aşağıdakı hallar özünü göstərir:

Ø Doğru ilə yanlışı fərqləndirmək qabiliyyətinə sahib ola bilirlər;

Ø Xəyal dünyaları inkişaf edir;

Ø Öyrənmə qabiliyyətləri yaxşılaşır;

Ø Cizgi filmindəki müsbət mənalı anlayışları görüb, tanıya bilir və düzgün istiqamətdə istifadə edə bilirlər.

Bunlarla bağlı qeyd edə bilərik ki, uşaqlar üç yaşında gördükləri davranışları təqlid edirlər. Nitqin inkişaf etdiyi bir dövrdə valideynlər övladlarını daha çox öyrədici xarakterli cizgi filmlərinə istiqamətləndirmələri tövsiyə olunur. Müəyyən yaş dövründə bunlar rəqəmlər, hərflər, rənglərlə bağlı cizgi filmləri və s. ola bilər.

Əziz valideynlər bir məaqamı da unutmayaq ki, uşaqlarda nitq inkişafının ilk dövrlərində uşaqların zamanının çox hissəsinin televizor qarşısında keçirməsi düzgün deyil. Çünki bu birtərəfli ünsiyyət olduğu üçün balacalarımızda nitq inkişafı ləngiməsinə gətirib çıxara bilər.

11-12 yaş aralığından isə artıq izlədikləri proqramlardan çox təsirlənir, burada izlədikləri qəhrəmanları təqlid edirlər.

Yeniyetməlik dövrü, uşağın şəxsiyyətini formalaşdırmağa başladığı bir prosesdir. Bu səbəbdən onlara düzgün modelləri təqdim etmək və onları istiqamətləndirmək lazımdır.

Şəxsiyyətin təməli həyatın ilk illərində qoyulur. Bu kritik prosesdə valideynlər uşağın izlədiyi proqramları, oxuduqları kitabları və dostların dairəsini nəzərə almalıdırlar. Uşaqların asudə vaxtlarını daha maraqlı və səmərəli keçirilməsi üçün evdə həm qardaş-bacıları varsa onlarla birgə, həm də ailəvi şəkildə oyunlar təşkil edilərək həyata keçirilə bilər. Asudə vaxtının bu cür təşkil olunması uşaqların hərtərəfli inkişafına öz müsbət təsirini göstərəcəkdir.

 

 "Ümidli Gələcək" STİB-nin Psixoloqu Aynur Məmmədova

            Məlumatları paylaşan zaman mənbə bildirməyiniz xahiş olunur

 

 

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!