Previous Next

Yalan yoxsa, şirin xəyal...

 

     Uşaqlarda yalan danışma əsasən üstün zəka əlamətidir. Torontoda aparılan araşdırmalara görə 2 yaşlı uşaqlarda 5%, 4 yaşlı uşaqlarda isə 90% yalan danışma bacarığı artıq formalaşır.

Uşağın yalan danışması inkişafın bir parçasıdır. Valideyn uşağın patoloji yalançı olamağından qorxub özünü təşvişə salmamalıdır. Həmçinin valideyn şəxsi nümunəsi ilə uşağa yalan danışmanın mənfi hal olduğunu aşılamalıdır. İbtidai təhsil dövründə uşaqlarda əsasən akademik bacarıqların aşağı olması ilə bağlı yalan danışma formalaşır.  Bu da “bu gün müəllim heç nə verməyib”, ”müəllim yazı verməyib” kimi yalan ifadələr işlətmələrinə səbəb olur.

3-4 yaşlı uşaqlarda xəyali yalanlar üstünlük təşkil edir. Bu hal valideynləri qorxudursa,uşaqların xəyal dünyasının geniş olması ilə əlaqələndirildiyindən ona görə narahat olmağa ehtiyac yoxdur. Yaş artdıqca real həyatla  daha çox qarışdırarlarsa, olmamış hadisələri gerçəkmiş kimi qələmə verərlərsə, burada ana atanın diqqətli olub-bunun yalan olub olmadığını,  patologiyaya doğru gedib getmədiyini, ya da sözdə bir yalan olub olmadığını müəyyənləşdirmək üçün uşaq psixoloqu və yaxud uşaq inkişafı üzrə mütəxəssis ilə paylaşıb, istiqamət ala bilərlər. Çünki uşaq yalan danışdıqca buna adaptasiya olur və inkişaf etdikcə yalançılıq onun həyat tərzinə çevrilməyə başlayır. Ümumiyyətlə, uşaqlarda aşkarlanan hər hansı problemə vaxtında, erkən müdaxilə edilərsə, daha müsbət nəticə əldə etmək mümkündür.

Elmi dildə yalançılıq xəstəlik səviyyəsində mitomaniya adlanır. Mitomanlar müvəffəqiyyətli olmayıb, inanılmadığını görüncə, ona inanmayan insanlarla əlaqələrini kəsirlər. Belə insanlar xəyal dünyalarında xoşbəxt, uğurlu- real həyatda isə uğursuz olurlar. Bu səbəbdən də valideynlər övladlarının inkişafına  adekvat yanaşmalı, hiss etdikləri problemləri qabartmadan öncə mütəxəssisə yönəlməli, sərt cəza tədbirlərindən qaçınılmalıdır. Çünki uşağa yalan danışdığını birbaşa dedikdə gələcəkdə daha dərin yalanlara yol açmış olursunuz. Sadəcə az yaşlı övladınıza mülayimcəsinə “Sən mənə həqiqəti söyləyənə qədər, səni gözləyəcəyəm” deməniz kifayətdir.

      Övladınızın yalan danışdığını hiss edirsinizsə,bu zaman

      1.Təmkinli davranın!

      2.Yalanını üzünə vurmayın və narahatlığınızı əsla hiss etdirməyin!

      3.Fikirlərinizdən (yalan danışdığı barədə) əmin olun!

      4.Bu sahədə mütəxəssis məsləhəti alın!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!