Previous Next

Uşağı tərbiyə etməyin 21 qaydası...

Əziz, atam və anam!

 

1.         Məni ərköyün böyütməyin, axı siz bilirsiniz ki, mənim hər arzumu yerinə yetirməyə məcbur deyilsiniz.

2.         Mənimlə açıq danışmaqdan çəkinməyin.

3.         Məni pis vərdişlərə yiyələnməyə imkan verməyin. Onları tərgitmək mənim üçün daha ağır olacaq.

4.         Məni fikirlərimin sizin üçün mənasız olduğunu düşünməyə vadar etməyin. Belə olduğu təqdirdə özümü daha da pis aparmalı olacağam.

5.         Başqalarının yanında səhvlərimi üzümə vurmayın. Bütün bunları təklikdə bildirmək mənim üçün daha xoş olar.

6.         Etdiyim səhvləri sanki cinayət törətmişəm kimi mənə hiss etdirməyin.

7.         Hər bir etdiyim əməlin nəticələri ilə bağlı məni müdafiə etməyin. Çünki problemlərin qarşısını almağı özüm öyrənməliyəm.

8.         Şıltaqlıqlarıma görə məni qınamayın, çünki bəzən sizinlə daha çox vaxt keçritmək istəyirəm.

9.         “Sizə nifrət edirəm” deyəndə mənə hirslənməyin. Əslində sizə heç nifrət etmirəm, sadəcə mənimlə olan davranışlarınıza üsyan edirəm.

10.       Hər şeyi yüz dəfə təkrar etməyin, yoxsa deyilənlərə eşitməmiş kimi yanaşacağam.

11.       Düşünmədən tələsik vədlər verməyin, yoxsa siz onları yerinə yetirmədikcə aqressivləşirəm.

12.       Unutmayın ki, mən hələ öz hisslərimi tam izah edə bilmirəm.

13.       Siz əsəbi olanda məndən doğruları istəməyin, qorxudan sizə yalan danışa bilərəm.

14.       Daim yanımda olun, özümü güvənsiz və tənha hiss etməyimə imkan verməyin.

15.       Mənim suallarımı cavabsız qoymayın, yoxsa cavabları başqa yerdən tapmağa məcbur olacam.

16.       “Sənin qorxuların mühüm deyil” deməyin, onlar mənim üçün çox vacibdir və siz bunu anlamadıqda mənə daha da qorxunc gəlir.

17.       Özünüzü heç səhv etməmiş kimi göstərməyin, bu kimi halları öyrəndikdə çox üzüləcəm.

18.       Mənim qarşımda üzr istəməyi aşağı olmaq hesab etməyin. Haqlı olmadığınız halda üzr istəyin və məni də belə tərbiyə edin.

19.       Unutmayın ki, hər yaş dövrünün özünə xas xüsusiyyətləri var və buna uyğun şəkildə mənimlə davranın.

20.       Mənə həyatda cəhd etməyi qadağan etməyin. Yoxsa özümü inkişaf etdirə bilməyəcəyəm. Bu istiqamətdə mənə güzəştə gedin.

 

21.       Son olaraq unutmayın ki, əgər siz məni sevməyəcəksinizsə, mən xoşbəxt ola bilmərəm. Bunu özünüz də çox yaxşı bilirsiniz!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!