Previous Next

"Ərköyün uşaq"

Valideynlər ən çox ilk doğulan və ya yolunu çoxdan gözlədiyi övladlarına qarşı davranışlarında sərhəd saxlaya bilmir və yalnız uzun müddət keçdikdən sonra sonra öz elədiyi səhvləri anlamağa başlayırlar.
Ailədə “nəyin doğru?, nəyin yalnış olduğu❌” davranış haqda uşaqların məlumatı olmadığı üçün ərköyün uşaqlar müəyyən qaydalara riayət edə bilmirlər.
Bu kimi ailələrdə qohumlar arasındada tərbiyə üsulları ilə bağlı müzakirələr aparılmır. Misal üçün: ana övladına şirniyyat yeməyi qadağan etdiyi zaman?‍♀️, uşaq atası, nənəsi, babası və ya digər qohumların yanına qaçaraq istədiyi hər şeyi rahat bir şəkildə əldə edə bilir.
Eləcə də valideynlər inanırlar ki, kiçik yaşlarda uşaqlara hər şeyin ən yaxşısını və onların istədiyi hər şeyi vermək lazımdır. Lakin nəsillər dəyişir və vaxt keçdikcə uşaqların tərbiyəsində "yox", "olmaz” sözü getdikcə unudulur.⛔ Bir-iki misal verək:?
Ərköyün uşaq ağlayır: ana etdiyi işi atıb ona tərəf qaçır. Zaman keçdikdə uşaq anlayır ki, ağlamaqla o oyuncaqlar, şirniyyatlar, əyləncələr əldə edə bilər. Valideynlər daha diqqətli olmalı və uşaqların istəklərini, ehtiyaclarından ayırmağa bacarmalıdılar;
? Uşaq səhər oyandıqdan sonra ana portağal yeməyi qadağan etdi, lakin uşaq qışqırıb, nəyisə sındırdıqdan sonra atası və ya digər qohumları portağalı soyub uşağa veriblər. Beləliklə uşaq anlayır ki, o bu cür şıltaqlıqlıqları və hərəkətləri etdikdə istədiyinə nail olacaq.
Ərköyün uşaqlarda bu xüsusiyyətlər mövcuddur:
?nümayişkar davranış (isterika);
?aqressiv davranışlar;
?uşaq daim qıcıqlanır;
?onu məmnun etməkdə çətinlik çəkirsiniz;
?uşaq özü sadə hərəkətləri etməkdən imtina edir;
?oyuncaqları yerinə qoymur;
?heç kəsi dinləmir və ancaq özü tələblərini qoyur;
?oyuncaqlarını, dəftər, kitablarını və s. heç kimlə paylaşmır.
0️⃣➖3️⃣ yaş aralığında uşaqlarla ünsiyyət zamanı onlara “yox” sözünü öyrətməlisiniz. ❌
?Vəziyyəti necə düzəltmək olar❓
İlk öncə bütün ailə bir razılığa gəlməlidir: valideynlər bir-birini dəstəkləməli və uşağın gözündə özünü qaldırmaq üçün qadağaları pozmamalıdılar. Körpə israrla nəyisə istəsə, ondan istəyini əsaslandırmasını xahiş edin. Səbəb əhəmiyyətlidirsə, bu o deməkdir ki, uşaq üçün bu həqiqətən vacib olan bir şeydir. Digər hallarda isə möhkəm olun.
Küçədə və ya yad adamların qarşısında uşaqlarınızı danlamayın. Uşaqla profilaktik danışıqları evdə təşkil etmək daha yaxşıdır. Hər hansı hərəkətin niyə edilməməli olduğunu izah edin və mütləq töhmətdən sonra uşağı cəza edin. Uşaq bilməlidir ki, pis əməllərinə görə ədalətli cəzalandırılacaq.
Tutaq ki, uşaq, soruşmadan digər körpənin oyuncağını götürdü.? Bu zaman sizin 2️⃣ seçiminiz var.
1️⃣Uşaqla danışın və yaranan vəziyyət ilə bağlı ona izah verməyə çalışın.
2️⃣ Əgər uşaq Sizin dediyinizi eşitmirsə o zaman, onu fəaliyyətlərində bir sıra məhdudiyyətlər tədbiq edə bilərsiniz.
Ən təsirli məhdudiyyətlər: gəzintilər, şirniyyatlar, oyunlar, sevdiyi oyuncaqlar.
Bir çox ərköyün uşaqlarda mənfi davranışları minimuma endirilmək üçün valideyn ona əhəmiyyət vermədikdə, o sakitləşir və təzyiq göstərməyi dayandırır.
Və unutmayıq, yaranan vəziyyəti və uşağın mənfi davranışını bir gündə dəyişdirmək mümkün deyil, onun adekvat ehtiyacları və istəkləri olan bir insana çevrilməsi üçün vaxt lazımdır.☝️
 
 
 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!