Previous Next

İmtahan qabağı stresslə necə mübarizə edək!

İmtahan qabağı stresslə necə mübarizə edək!

İmtahan qabağı stressin sehrli müalicəsi yoxdur, lakin ondan qurtulmağın bir neçə yolu mövcuddur.

1️. Həmişə hər şeyin yaxşısı olmasına ümid et, ən yaxşısına da hazırlaş.
"İmtahandan kəsilsəm, dəhşət olacaq”, “Valideynlərim çox məyus olacaq”, “O qədər pis hazırlaşmışam ki, mütləq şəkildə uğur qazana bilməyəcəm” kimi fikirlərlə özünüzü öncədən proqramlaşdırmayın. Bu ifadələri pis bir yuxu kimi unudun və müsbət düşünməyə başlayın, çünki hər şey daxili fikirlərimizdən başlayır. Əgər hər hansı çətinliklə üzləşəndə bunun öhdəsindən gələ biləcəyinizi düşünsəniz, bu halda Siz doğurdan da istədiyinizə nail ola biləcəksiniz. Özünüzü inandırmalısınız ki "Mən yaxşı bir nəticə əldə etmək üçün əlimdən gələni edirəm, hər şey mütləq yaxşı olacaq düzələcək".
Kiçik uğurlarlarınızla bağlı özünüzü tərifləməyi unutmayın. Misal üçün: dünən cəmi 15 tapşırığı həll etdim, bu gün isə on altıncısını həll edə bilərəm.

2️. Təsəvvür edin ki Siz artıq imtahandasınız.

Həyəcandan sıfıra bölməyin mümkün olub olmadığını unutmamaq üçün imtahanda oturduğunuzu, gün ərzində bir neçə dəfə təsəvvür etməyə çalışın. Fikirləşin ki, artıq X günü gəlib və Siz imtahan keçirilən sinifə daxil olursunuz, masaya oturursunuz, sizə imtahan suallarını verilir və s.
İmtahanda olan müxtəlif situasiyaları nə qədər çox təsəvvür etsəniz, həmin məsuliyyətli gündə həyacanınız azalacaq və bununla Sizin imtahanda lazım olan məlumatları unutma ehtimalınız olmayacaq.

 

3. Sınaq imtahanlarına da getməyi unutmayın. Bu, sizin biliklərinizi yoxlamaq üçün əla fürsətdir. Necə deyərlər, olimpiya çempionu olimpiadada dərhal qalib olmur və dərhal qızıl medal qazanmır. O olimpiyada başlayana kimi sınaq yarışlarından keçir və daha yaxşı nəticə əldə etmək üçün bir müddət məşq edirlər. İmtahanda da bunun kimidir - bir növ olimpiadadır və sınaq imtahanları isə gücünüzü sınamaq, biliklərinizi gücləndirmək və lazımi təcrübə qazanmaq imkanıdır.

 

4️ İstirahət elə. Dostlarınızı aylardır görmürsünüz? Günün 24 saatı dərslə məşğulsunuz? Hər gün məktəbə gedib, məktəbdən evə gəlirsiniz? Bu vəziyyət dərhal düzəldilməlidir! Bizim sinir sistemimiz daimi hərəkət maşını kimi işləyə bilməz. Bədənimizin istirahətə ehtiyacı var. Dörd divar arasında kompüterlə oynamaq yaxşı fikir deyil, beynin oksigenə, bədənin isə fiziki hərəkətlərə ehtiyacı var. Aktiv bir idman növünə keçin: xizək sürün, üzgüçülüyə gedin, rəqs edin və s. Bunlar enerji toplanmasına kömək edəcək.

 

5️. Yaradıcılıqla məşğul olun. Bəli, yaradıcılıq streslə mübarizə aparmağın ən təsirli yollarından biri hesab edilir. Çoxdandır rəsm çəkmək, şeir yazmaq, oxumaq və ya rəqs etmək istəyirsiniz? ? Bu məşğuliyyətlərə həftədə bir neçə saat sərf etməkdən qorxmayın, bu, Sizin üçün faydalı olacaq, emosiyalarınızın müsbətə doğru dəyişməsinə kömək edəcəkdir.

 

6. Sağlam qidalanma və yaxşı yuxu. Həyatın gərgin dövrlərində kofeinli içkilərdən istifadə etməyin, südlü və ağ şokoladları, çipsləri və digər ərzaq məhsulları azaltmağa çalışın. Daha çox zülal yeməyə çalışın, zərərli şirniyyatları bal və qoz-fındıqla əvəz edin. Yaddaşınız və diqqətiniz buna görə sizə təşəkkür edəcək! Eləcədə yunan yogurtu, qoz-fındıq, avokado, balıq, qaragilə və darçın yaddaş üçün çox faydalıdır və növbəti imtahanqabağı bu məhsullardan istifadə edə bilərsiniz.

 

7️. Hisslərinizi gizlətməyin.

Sən axı robot deyilsən! Biz insanlar yaşadığımız vəziyyətlərdən asılı olaraq tez-tez narahatlıq hissi keçirməyə meylliyik, ona görə də özümüzə qapanmayaq və heç kimin bizi başa düşməməsi ilə bağlı düşüncələri özümüzdən uzaqlaşdıraq.
İnanın ki, Sizi hər zaman anlayan və dəstəkləyən biri olacaq. Emosional biri kimi görünməkdən utanmayın, yaxınlarınıza nə üçün narahat olduğunuzu, gələcək imtahanlarda sizi qorxudan məqamları bölüşün.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!