Previous Next

Rəqəmsal təhlükələrə qarşı 6 tövsiyə...

Tətildə vaxtının çox hissəsini smartfon, planşet və kompüterlə keçirmək istəyən uşaqların məruz qala biləcəyi rəqəmsal təhlükələrə qarşı valideynləri  xəbərdar edən 6 tövsiyə...

1. Nəzarəti buraxmayın. Övladınızın internet tarixçəsini vaxtaşırı yoxlayın. Yaşa uyğun olmayan məlumatlara diqqət yetirin.

2. Narahatlıqlarınızı açıq şəkildə paylaşın və xəbərdar edin. Övladınızın kompüterindən, planşetindən və smartfonundan istifadə qaydaları təyin edin və narahat olduğunuz barədə onlarla danışın. Nəyə icazə verdiyinizi, nəyə icazə vermədiyinizi və bunun səbəblərini izah edin. Övladınızı spam mesajlara, tanımadığı insanlardan gələn, nalayiq və aqressivlik ehtiva edən e-poçtlara cavab verməməsi barədə xəbərdar edin.

3. Tətbiqlərə diqqət yetirin. Uşağınıza  mobil proqramları yükləyərkən diqqətli olmağı tövsiyə edin. Bəzi proqramlarda pullu xətlərə mesaj göndərən  təhqiredici reklam proqramları və zərərli proqramlar ola bilər. Oyun və proqramları yalnız Google Play və App Store kimi rəsmi saytlardan endirin. Onların kortəbii şəkildə tətbiqdaxili alış-veriş etmələrinin qarşısını alın.

4. Məxfilik parametrlərini birlikdə redaktə edin. Övladınız sosial mediada hesab yaratdıqda ona məxfilik parametrlərində kömək edin. Onun hansı sosial media saytlarından istifadə etdiyini bilin və onların onlayn dostlarını real həyatda da tanıdığınızdan əmin olun.

5. Cihazlardakı kameralara icazəsiz daxil olunmadığından əmin olun. Tətbiq icazələrinə qarşı diqqətlə yanaşın. Məsələn, bir fənər tətbiqinin kameraya daxil olmasına mütləq ehtiyac yoxdur . Kameraya daxil olmaq istəyən proqramların icazələrini və onların etibarlı olub olmadığını yoxlayın.

6. Valideyn nəzarətini ehtiva edən təhlükəsizlik proqramlarından istifadə edin. Övladınızın onlayn fəaliyyətinə nəzarət edə biləcəyiniz valideyn nəzarəti ilə təhlükəsizlik həlli əldə edin. Bu proqramlar uyğun olmayan məzmunu bloklayır, müəyyən saatlarla internetə çıxışı məhdudlaşdırır və valideynlərə uşaqlarının onlayn fəaliyyətlərini uzaqdan nəzarət etməyə imkan verir.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!