Ümidli Gələcək Gənclər İctimai Birliyin xidmət mərkəzlərindən olan “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin fəaliyyətini daha da gücləndirmək, əməkdaşların bacarıqlarının artırılması və həmçinin qaynar xəttə daxil olan caselerin müzakirəsi və təhlili məqsədi ilə Ümidli Gələcək Gənclər İctimai Birliyinin Uşaq Psixologiyası sahəsində eksperti – Asəf Kərimov tərəfindən 2 günlük təlim keçirilmişdir. Təlimdə həmçinin “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin təsis edilməsi və fəaliyyətində bu günə qədər böyük töhvə vermiş “Azercell Telecom” MMC-nin nümayəndəsi də iştirak etmişdir.
http://qhtxeber.az/news/a-59821.html