13.03.2017-ci il tarixində "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin Gəncə Regional Uşaq Qaynar Xətt Xidmətinin əməkdaşları Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azercell Telecom şirkətinin dəstəyi ilə Gəncə şəhər 1 saylı Tam Orta məktəbində Uşaq Qaynar Xətt Xidmətinin təqdimatını və uşaqlarla görüş keçirtmişdir. İştirakçılara ətraflı məlumat verilmişdir.
Təlimin əas məqsədi “Uşaq Qaynar Xətt”inin uşaqlar üçün yardım xidməti kimi yarandığı və zənglərin pulsuz olduğunu çatdırmaq, onların problemlərinin həlli istiqamətində müraciət edə biləcəkləri etibarlı xidmətin yardımından yararlanmaları haqqında məlumat vermək idi. Təqdimatdan sonra yeniyetmələrə həmçinin “Özünə inam və özgüvən problemləri” və “Aqressiyamızı necə idarə edək” mövzuları üzrə təlim keçirilmişdir.
İştirakçılar təlim zamanı çox aktiv iştirak etmiş, həmçinin bir çox suallar da vermişdilər. Təlimdə 150-yə yaxın yeniyetmə və müəllim iştirak etmişdirlər.