Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərcell şirkətinin dəstəyi ilə Ümidli Gələcək GİB-nin xidmət mərkəzi olan Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin 2018-2019-cu təhsil illəri üçün nəzərdə tutulmuş orta məktəblərdə Qaynar Xətt haqqında maarifləndirmə tədbirləri davam edir. Qaynar Xəttin əməkdaşları oktyabr ayı çərçivəsində Xətai rayonunda yerləşən 147 saylı orta məktəbdə təhsil alan şagirdlərlə görüşərək, onlara Xəttin iş prinsipləri, müraciət vasitələri, qaynar xəttdə psixoloji, sosial və hüquqi yardımın meyarları haqqında ətraflı məlumat vermişdir. Sonda şagirdlərə Qaynar Xəttin maarifləndirici materialları təqdim edilmişdir.