Previous Next

Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin maarifləndirmə tədbirləri davam edir

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərcell şirkətinin dəstəyi ilə Ümidli Gələcək GİB-nin xidmət mərkəzi olan Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin 2018-2019-cu tədris illəri üçün nəzərdə tutulmuş orta məktəblərdə Qaynar Xətt haqqında maarifləndirmə tədbirləri davam edir. Qaynar Xəttin əməkdaşları Göygöl şəhər Şəhriyar kənd orta məktəbində təhsil alan şagirdlərlə görüşərək, onlara Xəttin iş prinsipləri, müraciət vasitələri, qaynar xəttdə psixoloji, sosial və hüquqi yardımın meyarları haqqında ətraflı məlumat vermişdir. Sonda şagirdlərə Qaynar Xəttin maarifləndirici materialları təqdim edilmişdir.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!