Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin 2019-cu il üçün nəzərdə tutulan maarifləndirmə tədbirlərinə start verilmişdir. Növbəti kampaniyalar Masallı və Şəki şəhər orta məktəblərində keçirilmişdir. 800-dən çox uşaq kampaniya çərçivəsində maarifləndirilmişdir.
Tədbirdə uşaqlara Qaynar Xətt, onun iş prinsipləri, müraciət formaları və əlaqə vasitələri haqqında ətraflı məlumatlar verilmişdir. Şagirdlərin sualları dinlənilmiş və cavablandırılmışdır.