Previous Next

Child Pact – Coalition for Child Protection, Ruminiya, Buxarest

 

17-19 Aprel 2019-cu il tarixlərində Ruminiyanın paytaxtı Buxarestdə Qərbi Balkan və Cənubi Qafqaz ölkələrindən 15 ölkənin 40 ekspert nümayəndəsinin iştirakı ilə valideynləri tərəfindən xaricdə işləmək məqsədilə geridə qoyulmuş uşaqların sosial və psixoloji vəziyyətini müzakirə etmək üçün konfrans təşkil edilmişdir. Tədbirdə Azərbaycanı təmsil etmək məqsədilə Azərbaycan Uşaq Hüquqları üzrə Alyansının nümayəndəsi Gülşən Axundova və Leyla Abbasova da iştirak etmişdir.

Konfransın ilk günü Ruminiyadan olan rejissor Violeta Birla tərəfindən çəkilmiş “Mavi Ürək” (BLUE HEART) adlı qısa filmin ilkin nümayişi keçirilmişdir. Film xaricdə işləməyə gedən və 2 övladını valideynlərinin himayəsinə qoymağa məcbur olan gənc ananın həyatından və övladlarına olan həsrətindən bəhs edirdi.

Eyni zamanda, gün ərzində Ruminiyada fəaliyyət göstərərək uşaqlarla işləyən dövlət qurumları və Qeyri-Hökümət təşkilatlarının nümayəndələri hal-hazırda ölkədə qeyd olunan problemlə bağlı (miqrant valideynlər və “home alone” uşaqlar) məsələləri və statistik göstəriciləri vurğuladılar.

Növbəti gün UNİCEF Ruminiyadakı nümayəndəliyi tərəfindən Ruminiyadan İtaliyaya köç etmiş miqrant valideynlər haqqında daha geniş və müqayisəli hesabatlar təqdim edilmişdir.

Həmçinin Albaniya, Gürcüstan, Moldova, Bolqarıstan və İtalyadan olan ekspertlərin mövcud problemlə bağlı öz ölkələrində olan vəziyyəti əks etdirdikləri təqdimatlar digər nümayəndələrin diqqətinə təqdim edilmişdir.

Sonuncu gün valideynləri tərəfindən tərk edilmiş uşaqlarla aparılması vacib hesab edilən sosial və psixoloji dəstək məsələlərindən, eyni zamanda valideynlərin xaricə miqrasiya olma səbəblərindən, ata-ana yanında olmadan böyüyən uşaqların psixoloji durumundakı dəyişikliklərdən, valideynlər miqrant olmadan əvvəl görülməli olan tədbirlərdən və həll yollarından bəhs edilmişdir.

Sonda iştirakçıların dedikləri də qeydiyyata alınmaqla tədbir təşkilatçıları olan Child Pact – Coalition for Child Protection nümayəndələri tərəfindən verilmiş bütün tövsiyə və təkliflər gələcək fəaliyyət istiqamətlərində əsas tutulması qərara alınmışdır.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!