Bildiyiniz kimi, Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin yeni 116111 qısa nömrəsi artıq istifadəyə verilib. Qısa nömrə ilə bağlı əhalinin daha geniş kütləsinin məlumatlandırılması, istənilən yaş təbəqəsindən olan insanların nömrə ilə tanışlığının təmin edilməsi və nömrələrin daha geniş miqyaslı yayımlanması məqsədilə "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi Bakı şəhəri və regionlar üzrə yerləşən İcra Hakimiyyətləri ilə əməkdaşlıq edir.
Əməkdaşlıq çərçivəsində Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti artıq tabeçiliyində olan qəsəbə nümayəndəliklərinə Qaynar Xəttin plakatlarını təqdim etmiş və həmin plakatlar rayon üzrə müvafiq ərazilərdə yerləşdirilmişdir.