Previous Next

QANLI YANVAR...

QANLI YANVAR...Azərbaycan Xalqının qəhrəmanlıq səhifəsi olan 20 yanvar faciəsindən artıq 30 il ötür. Yüzlərlə insanın qətlə yetirildiyi, yaralandığı, itkin düşdüyü qırğın... 30 il keçməsinə baxmayaraq bizlərlə birgə, o günü birbaşa yaşamış insanların xatirəsində ilk günkü kimi canlıdır yaşananlar. Fövqəladə vəziyyət elan edilmədən dinc əhalinin üzərinə yeridilmiş Sovet qoşunları tərəfindən edilmiş vəhşiliklər, törədilmiş cinayətləri unutmadıq, unutdurmarıq!!! Hazırda dünyanın müxtəlif yerlərində gedən müharibələrdə yüz minlərlə insan həyatını itirir, fiziki və ya psixoloji travma alır. Müharibələrin ağrı-acısını ən ağır şəkildə yaşayan isə günahsız uşaqlardır. Çünki uşaqlar böyüklərdən fərqli olaraq ətraf mühitdə olan hadisələrə, çevrələrində yaşananlara qarşı daha qorumasızdırlar və böyüklərinin onları qorumalarına, onlara güvən vermələrinə daim ehtiyac duyurlar. Hələ savaşın bilavasitə içərisində olan uşaqlarımızın taleyindən, psixologiyasından danışmırıq belə! Nə qədər çətin, nə qədər ağır olduğunu dəqiqliyi ilə bir tək yaşayanlar bilər yəqin ki…
Bugün biz yaşadığımız sülh və əminamanlıq şəraitini axıdılmış qanlara, vətən uğrunda canından keçən şəhidlərimizə borcluyuq. Arzu edək ki, bu cür hadisələr bir də təkrarlanmasın. Nəinki ölkəmizdə olan, eyni zamanda bütün dünyada yaşayan insanlar, ən əsas da uşaqlar belə bədbəxt hadisələrin şahidi olmasınlar.
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onları böyük hörmət və dərin sevgiylə anırıq.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!