Ötən illərdə olduğu kimi “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə əməkdaşlıq etməklə tələbələrinin istehsalat təcrübəsindən keçirilməsi sahəsindəki əməkdaşlığı uğurla davam etdirilir.
Bu il də yeni 2020 tədris ilinin ikinci semestrinin başladığı dövrdən etibarən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “sosial iş və sosiologiya” ixtisası üzrə IV kursda təhsil alan on tələbəsi “Ümidli Gələcək” STİB-ə yollanacaq. Tələbələr təşkilatın nəzdində fəaliyyət göstərən xidmət mərkəzlərində (“Azərbaycan Uşaq Qaynar Xətt xidməti”, “Zorakılıq və Cinayətin Qurbanı olmuş Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi”, “Uşaq Hüquqları Klinikası” və s.) mövcud təcrübəni mənimsəməklə yanaşı ailələrlə görüşə qoşulacaq, AUQX-ın fəaliyyəti, iş prinsipi, reabilitasiyaya cəlb olunmuş uşaqlarla iş sahələrində biliklərə yiyələnəcəklər. Eyni zamanda, onlara verilmiş fərdi tapşırıqları həyata keçirməklə, həm şəxsi təcrübələrini inkişaf etdirəcək, həm də qeyd edilən sahələr üzrə zəruri bilik və bacarıqlara sahib olacaqlar.