1992-ci ilin 25 fevral tarixindən 26 fevrala keçən gecə SSRİ-nin 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalıda azərbaycanlı əhaliyə qarşı misli görülməmiş soyqırım törətmişdir. Bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülmüş və əsir götürülmüş, şəhər yerlə-yeksan edilmişdir. Faciə zamanı Xocalının 487 sakini əlil edilmiş, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir.
Hazırda dünyanın müxtəlif yerlərində gedən müharibələrdə yüz minlərlə insan həyatını itirir, fiziki və ya psixoloji travma alır. Müharibələrin ağrı-acısını ən ağır şəkildə yaşayan isə günahsız uşaqlardır. Çünki uşaqlar böyüklərdən fərqli olaraq ətraf mühitdə olan hadisələrə, çevrələrində yaşananlara qarşı daha qorunmasıdırlar və böyüklərin onları qorumalarına, onlara güvən vermələrinə daim ehtiyac duyurlar.
Bugün biz yaşadığımız sülh və əmin-amanlıq şəraitini axıdılmış qanlara, vətən uğrunda canından keçmiş şəhidlərimizə borcluyuq. Arzu edək ki, bu cür hadisələr bir daha təkrarlanmasın. Nəinki ölkəmizdə olan, eyni zamanda bütün dünyada yaşayan insanlar, ən əsası da uşaqlar belə bədbəxt hadisələrin şahidi olmasınlar.!!!