Previous Next

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı artıb..

 

Bildiyiniz kimi, Azərbaycan Uşaq Qaynar Xətt xidməti fəaliyyətini karantin günlərində də davam etdirir. 2020-ci ilin ilk rübü ərzində AUQX xidmətinə 1300-dən artıq zəng daxil olmuşdur. Aprel ayının ilk 15 günündə isə daxil olan zənglərin statistikasına nəzər salsaq, ötən günlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir. 15 aprel 2020-ci il tarixinə qədər AUQX xidmətinə daxil olan zənglərin sayı 400-ü keçmişdir. Uşaq Qaynar Xəttin 116111 qısa nömrəsinə daxil olan zənglər, eyni zamanda sosial şəbəkələr və mobil əlavəya ünvanlanmış müraciətlər  mütəmadi olaraq operatorlar tərəfindən cavablandırılır.

Bəs bu artım nə ilə əlaqədardır? Müraciətlərdə hansı dəyişikliklər nəzərə çarpır?

Aprel ayının ilk günlərində Talassemiya xəstəliyi olan uşaqlar üçün nəzərdə tutulmuş qan ehtiyatının bitməsi ilə əlaqədar

Heydər Əliyev Fondunun çağırışına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı ilə birgə həyat bəxş edən donorları, qan dostlarını  “Biz birlikdə güclüyük!” adlı könüllü qan vermə çağırışına qoşularaq birlik nümayiş etdirən hər bir kəsə təşəkkürümüzü bildiririk.

Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə elanın daha çox əhaliyə yayılmasına dəstək göstərilmiş və müraciətlər qaynar xəttin operatorları tərəfindən qeydiyyata alınmaqla könüllü donorlar öncədən təyin edilmiş vaxtlarda Qan Bankına getməklə uşaqlar üçün qan vermiş və beləliklə də qısa zaman ərzində qan ehtiyatı yenidən təmin edilmişdir. Qeyd edim ki, könüllü donorların azalmasının əsas səbəbləri rayonlardan gələn donorların şəhərə giriş-çıxış bağlı olmasından gələ bilməməsi və şəhərdə də evdən çıxma ilə bağlı vətəndaşlarda sosial məsuliyyət hissinin mövcudluğu olmuşdur. Lakin sosial izolyasiya tədbirləri ehtiyacı olan xəstələrə könüllü yardım etmə istəyini qadağa etmir.

Həmçinin, daxil olan müraciətlər içərisində digər çoxluğu işsizlər üçün dövlət tərəfindən ayrılmış yaşayış minimumunu əldə etmək istəyən və qeydiyyatdan keçə bilməyən, sosial təhlükəli vəzyyətdə yaşayan ailələr tərəfindən daxil olmuş zənglər tutmuşdur. Belə olduğu halda AUQX xidmətinə zəng edən şəxslərdən məlumatlar alınmaqla onlar ya birbaşa operatorlar tərəfindən qeydiyyatdan keçirilmiş və ya müvafiq cədvəl üzrə qeydiyyatdan keçmənin yolları izah edilmişdir.

Digər qrup zənglər isə karantin rejimi ilə əlaqədar ailənin bütün üzvlərinin evdə olması səbəbindən ailədaxili münaqişələrin artması, həm valideynlərin, həm də azyaşlıların çıxış yolu tapa bilməməsi ilə bağlı olmuşdur. Belə olduğu halda da zənglər operatorlar tərəfindən qeydə alınmaqla müvafiq sosial-psixoloji, həmçinin hüquqi yardım göstərilmiş, bəzi zəruri zənglərlə bağlı Ümidli Gələcək STİB-nin sosial reabilitasiya mərkəzlərinin əməkdaşları tərəfindən virusa yoluxmanın qarşısının alınması tədbirlərinin hər birinə riayət olunmaqla ailələrə səfər edilmiş və ailələrin problemlərinin həllinə nail olunmuşdur.

Ötən günlərdə isə müxtəlif müraciətlər əsasında mərkəzdə qeydiyyatda olan və sosial-təhlükəli vəziyyətdə yaşayan ailələr üçün ərzaq yardımı edilməsi məqsədilə müvafiq qurumlarla əməkdaşlıq edilmişdir.

Azərbaycan Uşaq Qaynar Xətt xidməti və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi olaraq bu çətin günlərdə də daima fəaliyyət göstərməkdən və insanlara, xüsusən də uşaqlara yardım etməkdən qürur duyuruq!!!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!