Previous Next

Child Helpline İnternational (Beynəlxalq Uşaq Qaynar Xətti) təşkilatçılığı ilə 2 sessiyadan ibarət vebinar təşkil olunub.

20 İyul 2020-ci il tarixində Child Helpline İnternational (Beynəlxalq Uşaq Qaynar Xətti) təşkilatçılığı ilə 2 sessiyadan ibarət vebinar təşkil olunmuşdur. Vebinarda Child Helpline İnternational təşkilatına üzv olan bütün təşkilatlar dəvət edilmiş və hətta hər birinə çıxış üçün şərait yaradılmışdır. Tədbirin əsas məqsədi COVID-19 Pandemiyası dövründə hər bir ölkədə fəaliyyət göstərən Uşaq Qaynar Xətt xidmətlərinin öz ölkələrində təşkil etdikləri fəaliyyət barədə qısa məlumat, xidmətlərin uşaqlara karantin dövründə əlçatanlıq istiqamətləri, xidmətin keyfiyyəti və maairifləndirmə üsulları barədə bölüşməkdən ibarət idi.

Bu tədbirə Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin əməkdaşı, psixoloq Xoşqədəm Quliyeva da qoşularaq, Uşaq Qaynar Xəttinin COVID-19 Pandemiyası dövründə Azərbaycanda görülən fəaliyyət, müraciətlərin təxirə salınmadan cavablandırılması, online konsultasiyaların aparılması, sosial şəbəkələr vasitəsilə maarifləndirmə, uşaqların sonrakı sosial-psixoloji reabilitasiyası, mobil əlavədə çatlaşma üsulu ilə problemin həlli və s. haqqında geniş məruzə ilə çıxış etmişdir. Təşkil olunan vebinarda Azərbaycanla yanaşı, Niderland, Serbiya, Yunanıstan, Polşa, Xorvatiya, Kipr, Ukrayna və İngiltərə Uşaq Qaynar Xətt xidmətinin nümayəndələri iştirak və çıxış etmişlər. Tədbirin yekununda suallar və  müzakirələr aparılmış və gələcəyimizin qəhrəmanları olan uşaqlara göstərilən xidmətin keyfiyyətinin artırılması istiqamətində üzvlər tərəfindən Child Helpline İnternational təşkilatına təkliflər verilmişdir.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!