Karantin dövründə sosial-psixoloji reabilitasiya sahəsində bacarıqların təkminləşdirilməsi məqsədilə Ümidli Gələcək STİB USAİD və UNİCEF Azərbaycan ofisinin dəstəyi ilə həyata keçirilən birgə layihə çərçivəsində sosial-psixoloji yardıma ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım göstərməklə yanaşı, sosial xidmət mərkəzlərində çalışan sosial işçi və psixoloqların müxtəlif təlimlərə cəlb olunmalarına şərait yaratmışdır. Növbəti təlim 03-09 dekabr 2020-ci il tarixində təşkil edilmişdir. Təlim zamanı sosial işçi və psixoloqlara müxtəlif situasiyaların real qiymətləndirilməsi, yetkinlik yaşına çatmayanların verdiyi məlumatların doğruluğunun yoxlanılması, travmaya məruz qalmış uşaq və yeniyetmələrlə terapiya işinin təşkili və valideynlərin müraciət etməkdə həqiqi məqsədlərinin müəyyənləşdirilməsinə birbaşa kömək göstərilmişdir. Təlimdə uşaq müdafiəsi sahəsində çalışan müvafiq dövlət qurumlarının nümayəndələrinin, digər sosial xidmət mərkəzlərinin əməkdaşları iştirak etmişdirlər.